Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Oktyabr

2013
09:09
3580
Qarabağ Seyidləri vəhabilərlə bağlı Eldar Mahmudova müraciət etdi
Seyid Camal Əzimbəyli: “Azərbaycanı Suriyaya çevirmək istəyən qüvvələrin məhv edilməsi dinimizin prinsiplərinə uyğundur”

Son günlər sosial şəbəkələrdə bir qrup radikal Azərbaycanda həyata keçirmək niyyətində olduqları və məzhəblərarası qarşudurmaya səbəb olacaq terror xəbərləri yer almaqdadır. Məslə ilə bağlı Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciət edib. FaktXəbər-ə daxil olan müraciət mətnin bildirilir ki, sosial şəbəkə vasitəsilə ölkəmizdə məzhəblərarası qarşıdurmaya səbəb ola biləcək, müsəlmanların birlik və bərabəliyi, Azərbaycan dövləti üçün həmişə mücadilə verən Hacı Şahin Həsənliyə qarşı sui-qəsd çağırışı yer alıb: “Özlərini “Meşə Qardaşları” adlandıran radikal dini qrupun təmsilçiləri Azərbaycandakı məzhəb dostlarını “mücadilə”yə səsləyiblər. Onlar sosial şəbəkələrdə biri-biriləri ilə əlaqə saxlayaraq, Azərbaycandakı şiələrə qarşı kütləvi şəkildə terrora çağırış ediblər.  Bu çağırışlarda şiələrə qarşı hədə dolu ifadələrlə yanaşı, Azərbaycanın tanınmış din xadimi, dövlətçiliyin və milli mənəvi dəyərlərin mühafizəsi istiqamətində illərdir mücadilə verən Hacı Şahin Həsənlini qətlə yetirmək üçün fətva verildiyini deyiblər.

Təmsil etdiyim Qarabağ Seyid Ocaqları və Azərbaycanın gerçək din-dövlət münasibətlərində mücadilə verən mənəviyyat adamları adına dərhal tədbirlər görülməsini xahiş edirəm.

Hesab edirəm ki, son günlər Azərbaycanda həmin qrupa aid olan və özünü dininin təəəsübküşi sayan, İslamın qaydalarına adiyyatı olmayan ölkəmizdə məzhəblərarası münasibətləri qızışdırmağa sövqedici bəyanatların müəllifi olan bu şəxslərin ünvanı dəqiq bilinməlidir. Bunlar vəhhabi kimliyi ilə tanınan şəxslərdir. Milli təhlüksizlik naziri olaraq sizdən Azərbaycan dövlətinin bütövlüyü üçün və İlham Əliyevin humanistliyindən, Azərbaycan xalqının tolerantlığından sui-istifadə edən belə radikal və təhlükəli qüvvələri dərhal zərəsizləşdirəsiniz. Bu mənim yox, Azərbaycan dövlətinə bağlı minlərlə insanların ricasıdır.

Həmin dini radikal qüvvələr öz mətnlərində qeyd edirlər ki, Suriyadan sonra növbəti proses Azərbaycadadır. Suriyada olan Əmir Fərman Çətin adlı terrorçunun “Suriyada şiələrə qarşı qələbəni gözləyirik, o zaman həmin hadisələr Azərbaycanda baş verəcək” kimi çağırışına etinasız yanaşmamaq lazımdır.

Cənab nazir! Diqqətinizə çatdırım ki, ölkəmizdə dini tolerantlıqdan xaincəsinə sui-istifadə edən və məzhəblər arasında təfriqə salan qüvvələrin təcili olaraq zərəsizləşdirilməsi gecikir. Bu radikal qüvvələr dövlətçiliyimizə hər an təhlükə mənbəyidir. Azərbaycanı İraqa, Suriyaya, Pakistana çevirmək istəyən qüvvələrin məhv edilməsi dinimizin də prinsiplərinə uyğundur. Onların məkrli planı gələcəkdə fürsət düşdükdə Azərbaycanda da Taliban rejiminə bənzər hakimiyyət qurmaqdır. Onların bu niyyətinə imkan vermək olmaz.

Cənab nazir! Bir məqamı da qeyd edim ki, həqiq inanc sahibləri Azərbaycan dövlətinin bütövlüyü naminə hər zaman mücadilə aparır və bununla onlar qürur hissi keçirir”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 4%-dən çox ucuzlaşıb

24

May
09:37
İQTİSADİYYAT
665

Mərkəzi Bank "Mastercard"la memorandum imzalayıb

23

May
18:12
İQTİSADİYYAT
104

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
131
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 09:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru