Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Oktyabr

2013
15:57
Qubada qədim abidə üstündə yaşayanlar... - Foto

Qubada bir ünvan var. Ərdəbil küçəsi, ev 90. Dörd ailənin yaşadığı bu ünvanda yeraltı abidə aşkar edilib – qədim mədrəsə qalıqları.  
 
Abidə bu ilin əvvəli təsadüfən tapılıb. Həmin ünvandakı evlərdən birinin döşəmələrini sökən sakinlər zirzəmidə 8 guşəli tikili görüblər və  rəsmi orqanları məlumatlandırıblar. Yeraltı abidədən qədim sikkələr, əlyazma «Qurani-Kərim» də aşkar edilib.
 
Binanın üstündəki evin divarında 1928-ci ilin tikilisi olduğu göstərilir. Yeraltı abidə isə arxeoloqların qənaətinə görə, təqribən 15-ci əsrə aid olan mədrəsədir. Tavanı məscid gümbəzi şəklindədir. Divara bərkidilmiş 8 ədəd küplər mütəxəssislərin fikrincə tikilidə ayinlərin oxunmasından xəbər verir.
 
Sakinlərin deməsinə görə, yerli məmurlar və arxeoloqlar abidəyə baxış keçirib, gediblər. Gedəndə də sakinlərə möhkəm-möhkəm tapşırıblar ki, yaşadıqları evləri artıq tarixi abidə hesab olunur. Bircə daşına da toxunmaq olmaz. O gün – bu gün, sakinlər tapıntılarına peşman olublar. Deyirlər, indi yaşadıqları evlərin divarına boya da çəkə bilmirlər. Yerli icra orqanları xəbər tutan kimi başlarının üzərini alır ki, tarixi abidəyə müdaxilə etmək olmaz.
 
Həyət sakini  Elnur Zeynalov deyir ki, evlərin rütubət çəkməsi uzun müddət onları narahat etsə də, səbəbini evin altındakı tikilini aşkar edəndən sonra anlaya biliblər:
 
«XƏBƏRDARLIQ EDİRLƏR Kİ, DİVARA MİSMAR DA VURA BİLMƏZSİZ»
 
«Evlərimiz divarları, evdəki əşyalar kif bağlayır. Heç nə edə bilmirik. 1 ay müalicədə oldum, gəldim gördüm hər şey kif bağlayıb. Hamısı zirzəmidəki rütubətdəndir. Deyirlər, bizi köçürəcəklər, ancaq nə vaxt, bilinmir. Xəbərdarlıq edirlər ki, təmir işləri aparmaq olmaz, divara mismar da vura bilməzsiz. Evlərimiz isə qəzalı vəziyyətdədi».  
 
Başqa qonşu Cəvahir Əliyeva:   
 
«Bir kəlmə desinlər ki, ya burda qalırsınız, ya da köçürülürsüz. Biz də işimizi bilək, burda qalacağıqsa, dağılan yerləri düzəldək, evimizi təmir edək».
 
Zirzəmidəki tağ otaqların hündürlüyü təqribən 4 metrdir. Sakinlər deyirlər ki, sahəsi təqribən 70 kvadratmetr olan tikilinin qapısı açılandan həyət-bacada oturmağa da qorxurlar:
 
Həyət sakini Tuğyə Bayramova:
 
«Körpə uşaqlar var. Qorxudan həyətə buraxmırıq ki, qurd-quş çıxar, uşaqlara toxunar. Bir tərəfdən də ağcaqanadlar... Hamısı rütubətə yığışır, evlərimizə dolur».  
 
Sakinlər deyirlər ki, tikili aşkarlanandan sonra artıq həyətə bir neçə yerli və xarici turist də gəlib. Bu turistləri də həyət sakinləri özləri yola verir. Abidənin qapısını açırlar, turistlər də girib ziyarət edir.
 
«SAKİNLƏRİN YENİ MƏNZİLLƏ TƏMİN OLUNMASINA ÇALIŞIRLAR»
 
Quba icra hakimiyyəti başçısının birinci müavini Yusif Abidov isə bildirib ki, evin altında qədim məscid qalıqlarının aşkar olunması ilə əlaqədar sakinlərin yeni mənzillə təmin olunmasına çalışırlar. Rayonun dövlət mənzil fondunda boş yaşayış sahəsi olmadığından bu hələ ki, mümkün deyil./Azadlıqradiosu

http://gdb.rferl.org/09F7862C-F65F-4861-8762-7D88ADEF8D51_mw1024_n_s.jpg

http://gdb.rferl.org/5DF558E9-EC6F-44D1-A309-624E460D685E_mw1024_n_s.jpg

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Qusarda hasar uşaqların üstünə aşıb

31

May
11:51
HÜQUQ,HADİSƏ
454

Xarici valyutaların manata qarşı məzənnələri

31

May
09:42
İQTİSADİYYAT
261
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 13:27





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru