Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Oktyabr

2013
16:10
2505
Sürücülük vəsiqəsi ilə bağlı yeni xəbər var

Azərbaycan və Koreya sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi barədə razılığa gəliblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, daxili işlər naziri Ramil Usubov və Koreyanın Azərbaycandakı səfiri Çoi Sok-İnn çərşənbə günü "Azərbaycan Respublikasının Hökuməti və Koreya Respublikasının hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında saziş" imzalayıblar.

Görüşdə R.Usubov son illər iki ölkə arasında əlaqələrin genişləndiyini, daxili işlər orqanları arasında əməkdaşlığın Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) çərçivəsində həyata keçirildiyini səfirin diqqətinə çatdırıb, DİN-lər arasında birbaşa əlaqələr qurulmasının əhəmiyyətini, bu işdə rəhbərlik etdiyi qurumun maraqlı olduğunu bildirib.

Səfir görüşdə təhlükəsizliyin etibarlı təmini baxımından Azərbaycanın dünyada azsaylı dövlətlərdən biri olduğunu xüsusi vurğulayıb, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qaldırılması üçün səylərini əsirgəməyəcəyini deyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

14

Sentyabr
15:12
İDMAN
351

Sabah hava yağmurlu olacaq

14

Sentyabr
14:00
ÖLKƏ
437

Aeroport yolunda növbəti qəza - VİDEO

14

Sentyabr
11:18
HÜQUQ,HADİSƏ
487

Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

13

Sentyabr
16:52
AİLƏ, SAĞLAMLIQ
963

Nazir post-patrul əməkdaşlarına qadağa qoydu

13

Sentyabr
16:12
HÜQUQ,HADİSƏ
578

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13

Sentyabr
14:59
İQTİSADİYYAT
558
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-09-2019 18:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru