Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Oktyabr

2013
14:36
Ramiz Mehdiyev yeni naziri təqdim etdi

Yeni kənd təsərrüfatı naziri Heydər Əsədov oktyabrın 23-də Kənd Təsərrüfatı Nazirliyinin kollektivinə təqdim olunub. “Media forum” xəbər verir ki, yeni naziri kollektivə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib.

Mərasimə yeni və keçmiş kənd təsərrüfatı nazirləri Heydər Əsədov, İsmət Abasov, nazirliyin şöbə müdirləri və qurumun tabeçiliyində olan strukturların rəhbərləri qatılıblar.

Ramiz Mehdiyev Heydər Əsədovun nazir təyin olunması haqda prezident sərəncamını oxuyub, ona işlərində uğurlar arzulayıb, prezident İlham Əliyevin adından İsmət Abasova işlədiyi müddətdə gördüyü işlərə görə təşəkkür edib.

Təqdimat mərasimində Heydər Əsədov və İsmət Abasov çıxış edib. İsmət Abasov qeyd edib ki, işlədiyi müddətdə prezident İlham Əliyevin tapşırıqlarını can-başla yerinə yetirib, dövlət başçısının ölkədə kənd təsərrüfatının inkişafı üçün qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi çalışıb. Sabiq nazir ona bu imkanı yaratdığına və yenidən etimad göstərilərək baş nazirin müavini vəzifəsinə təyin edilməsinə görə prezident İlham Əliyevə təşəkkür edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Mingəçevirdə civə satan şəxs yaxalandı

23

May
09:27
HÜQUQ,HADİSƏ
389

Atəşkəs 24 dəfə pozuldu

23

May
09:15
HƏRB
321
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2020 05:18





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru