Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Oktyabr

2013
14:20
1998
Rusiya nəyin müqabilində Qarabağdan əl çəkə bilər?
Akif Nağı: “Rusiya hazırda Ermənistan amilindən Türkiyə, İran və Azərbaycana qarşı təzyiq kimi istifadə edir”

“Hesab edirəm ki, Azərbaycan Rusiyaya nəyi güzəştə getməsindən asılı olmayaraq onların Qarabağla bağlı mövqeyi dəyişməyəcək. Bəzi vaxtlar Rusiyanın Azərbaycanda hərbi bazasının yerləşdirilməsi müqabilində nəyinsə dəyişəcəyinə dar fikirlər səsləndirirlər. Belə bir hal da yenə heç nə dəyişməyəcək.” 

Bu sözləri FaktXeber.com-a Qarabağ Azadlıq Təşkilat sədri Akif Nağı “Rusiya nəyin müqabilində Qarabağla bağlı mövqeyini Azərbaycanın xeyrinə dəyişə bilər”, - sualını cavablandırarkən qeyd edib. Müsahib bildirdi ki, Ermənistan Rusiyanın strateji müttəfiqidir və Azərbaycan-Rəsmi İrəvan münasibətlərində ruslar daima erməniləri dəstəkləyəcəklər: “ 1918-20-ci illər hadisələri də bunu göstərir ki, ruslar daima ermənilərin yanında olublar. Çünki onların maraqları daima Ermənistanla üst-üstə düşür. Rusiya Azərbaycana müvəqqəti tərəfdaş kimi baxır. Azərbaycanın müsəlman dövləti olması və Türkiyə ilə yaxın münasibətləri Rusiyanı belə bir mövqe sərgiləməsinə gətirib çıxarıb. Rusiya hazırda Ermənistan amilindən Türkiyə, İran və Azərbaycana qarşı təzyiq kimi istifadə edir.” 

Hazırda Azərbaycanın Qarabağ münaqişəsi ilə bağlı iki çıxış yolu olduğunu söyləyən Akif bəy, “ilkin olaraq Azərbaycan gözləməlidir ki, Rusiya çöksün və bundan sonra nəyisə edə bilsin. Lakin bu gözləmənin heç bir mənası yoxdur. İnanmıram ki, yaxın zamanlarda Rusiyanın çökməsi ilə bağlı verilən proqnozlar özünü doğrultsun”, - deyə bildirdi: “Digər bir variant isə Azərbaycanın qısa bir zaman ərzində müttəfiqlərini müəyyən edib Qarabağla bağlı hərəkətə keçməsi yəni, müharibəyə başlamasıdır. Düşünürəm ki, Azərbaycanın yeganə çıxış yolu məhz müharibədir. “

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
614

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1163
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 23:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru