Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Oktyabr

2013
11:43
2024
`Qarabağda müharibəyə başlasaq belə, sona çatdıra bilməyəcəyik`
Natiq Miri: “Mövcud hakimiyyətlər Qarabağ kartından geri çəkildikləri təqdirdə Ermənistan cəmiyyəti tərəfindən rədd ediləcəklər”

Ölkə başçısı İlham Əliyev inauqurasiya mərasimi zamanı çıxış edərkən Qarabağ münaqişəsinin həllinə dair müəyyən fikirlər səsləndirib. Ermənistana qarşı iqtisadi müharibənin sona qədər tətbiq olunacağını bildirən İlham Əliyev, bu yolla Ermənistan hakimiyyətini işğalçılıq siyasətindən əl çəkməyə məcbur edəcəklərini söyləyib. Lakin maraqlı olan budur ki, sözügedən iqtisadi müharibə 10 ildən çoxdur Ermənistana qarşı həyata keçirilməsinə baxmayaraq ortalıqda elə də ciddi nəticə yoxdur. FaktXeber.com-un “Ermənistana qarşı nəzərdə tutulan iqtisadi müharibəni aparmaqla, Qarabağı neçə ilə qaytarmaq mümkündür”, - sualını cavablandıran politoloq Natiq Miri bildirdi ki, Ermənistana qarşı iqtisadi cəhətdən məhdudiyyətlərin tətbiq edilməsi və böyük layihələrdən kənarda saxlanılması zəruridir. Bunun Ermənistanın iqtisadiyyatına ciddi şəkildə ziyan vurduğunu bildirən ekspert, “düzdür ki, bu illər ərzində tətbiq edilən iqtisadi sanksiyalar Ermənistan daxilində ciddi sosial faciələrə səbəb olub. Ermənilər artıq kütləvi şəkildə ölkələrini tərk etmək məcburiyyətində qalıblar”, - deyə qeyd etdi: “Lakin burada başqa bir nüansa da diqqət etmək lazımdır. İnanmıram ki, Ermənistan bu cür iqtisadi embarqolarla Qarabağı qaytarmağa razılıq versin. Bu vasitə təkcə yetərli deyil. Nəzərə almaq lazımdır ki, Ermənistanda hakimiyyətə gələn güclər məhz Qarabağ kartından istifadə edərək iqtidara yiyələnirlər. Mövcud hakimiyyətlər Qarabağ kartından geri çəkildikləri təqdirdə Ermənistan cəmiyyəti tərəfindən rədd ediləcəklər. Bu ideologiyanı 20 ildir ki, Ermənistan cəmiyyətinin beyninə üfürürlər.”

Natiq bəy onu da bildirdi ki, hazırda Ermənistan cəmiyyətində Azərbaycanla sərhədlərin açılması istiqamətindən müəyyən ictimai fikirlər səsləndirilir: “Hətta bununla bağlı cəmiyyəti etiraz aksiyalarına belə hazırlamaq istəyirlər. Bu ondan xəbər verir ki, süni şəkildə onların beyninə yeridilən Qarabağ ideologiyasını qəbul etmirlər. Onlar başa düşüblər ki, Qarabağ-Qarabağ deməklə Ermənistan vətəndaşının qarnı doymur. Bir növ süni şəkildə yaradılmış Qarabağ konfliktinə görə ermənilər öz ölkələrini tərk etmək məcburiyyətində qalırlar.”

Qarabağ münaqişəsi ilə bağlı Rusiya, regional və beynəlxalq güclərin əsas faktor olduğunu bildirən politoloq, “burada İranın və ATƏT-in Minsk Qrupuna daxil olan dövlətlərin razılaşması əsas rol oynayır. Əks təqdirdə Dağlıq Qarabağ bəlasından qurtulmaq mümkün olmayacaq. Hətta müharibəyə başlamış olsaq belə, sona çatdıra bilməyəcəyik. Ona görə ki, qlobal güclər rəsmi olmasa da, qeyri-rəsmi formada Ermənistana yüksək səviyyədə dəstək verəcəklər” , - deyə vurğuladı: “ Gözümüzün qarşısında iki böyük dünya gücünü toqquşduğu Suriya modeli var. Artıq Suriya tamamilə xarabalığa çevrilməsinə baxmayaraq ortalıqda bir nəticə yoxdur. Dağlıq Qarabağda da eyni vəziyyətin yaranması mümkündür. Ona görə də nə qədər ki, Ermənistana Rusiyanın dəstəyi var, heç zaman iqtisadi sanksiyalar Ermənistanın mövqeyini dəyişdirilməsinə səbəb olmayacaq.” 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Qalatasaray" ilk transferini etdi

21

May
13:00
İDMAN
44

Babək prospektində yol çökdü - FOTO

21

May
12:51
HÜQUQ,HADİSƏ
749

Bu rüsumlar artırılır - SİYAHI

21

May
12:41
HÜQUQ,HADİSƏ
53

Axtarışda olan 28 nəfər saxlanıldı

21

May
12:33
HÜQUQ,HADİSƏ
36

Valideynlərə XƏBƏRDARLIQ

21

May
11:50
AİLƏ, SAĞLAMLIQ
118

Ağdaşda 1 tona yaxın narkotik məhv edildi

21

May
11:22
HÜQUQ,HADİSƏ
1862
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 13:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru