Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Oktyabr

2013
09:26
1290
ATƏT “üçlüyü” və Avropa İttifaqı ölkələrinin XİN rəhbərləri Qarabağ nizamlanmasını müzakirə edib

Lüksemburqda ATƏT “üçlüyü”+Avropa İttifaqı ölkələrinin XİN başçıları formatında görüş keçirilib. ATƏT-in mətbuat xidmətinin açıqlamasına görə, ATƏT-in hazırki sədri, Ukrayna xarici işlər naziri Leonod Kojara və Litva xarici işlər naziri Linas Linkyaviçusun sədrlik etdiyi görüşdə ATƏT məkanında təhlükəsizlik sahəsindəki işlər, o cümlədən münaqişələrin nizamlanması məsələləri müzakirə olunub.
 
"Görüş iştirakçıları ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin siyasi həllinin axtarışına, habelə münaqişənin həlli üçün Azərbaycan və Ermənistan arasında dialoqun yaradılmasına yönəlik səylərinə öz dəstəyini ifadə edib”, - deyə ATƏT-in mətbuat xidmətinin məlumatında vurğulanır.
 
Görüş zamanı həmçinin 5-6 dekabr tarixlərində Kiyevdə keçirilməsi planlaşdırılan ATƏT xarici işlər nazirləri Şurasının toplantısına hazırlıq məsələləri müzakirə olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Mərkəzi Bank "Mastercard"la memorandum imzalayıb

23

May
18:12
İQTİSADİYYAT
104

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
131
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 09:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru