Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Oktyabr

2013
14:17
2495
Qarabağ Azadlıq Təşkilatı bir partizanla bağlı İlham Əliyevə müraciət etdi

Qarabağ Azadlıq Təşkilatı Qarabağ partizanı Məmməd Məmmədovun sabah keçiriləcək məhkəməsi ilə bağlı Prezidentə, hüquq-mühafizə orqanlarına, ictimai, siyasi qurumlara, KİV-lərə müraciət edib. QAT mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, Məmməd Məmmədov 2003-cü ildə Qarabağa gedib partizan müharibəsində iştirak etmək istədiyinə görə həbs olunub, ömürlük həbs cəzasına məhkum edilib, artıq 10 ildir ki, Qobustan həbsxanasında yatır.

Müraciətdə daha sonra deyilir: “Vicdanlı hüquq müdafiəçiləri və vəkillərin səyləri nəticəsində onun işinə Avropa İnsan Haqları Məhkəməsində baxılmış və məhkəmə qərarının dəyişdirilməsi tövsiyyəsi ilə Azərbaycana qaytarılmışdır.

Avropa Məhkəməsi Qarabağda döyüşmək istəyən bir gəncin taleyinə biganə qalmadı.İndi söz Azərbaycan məhkəməsinindir. İşə hakim İlqar Murquzov baxacaq. Qarabağ partizanını müdafiə edənlər isə vəkillər Əsəbəli  Mustafayev və Osman Kazım, həmçinin hüquq müdafiəçisi Eldar Zeynalovdur.

Azərbaycan vətənpərvəri Əhməd Əhmədova erməni-rus məhkəməsi ölüm hökmü çıxardı. Digər vətənpərvər Ramil Səfərova erməni-macar məhkəməsi ömürluk həbs cəzası kəsdi. Başqa bir vətənpərvər Məmməd Məmmədovu isə erməni-Azərbaycan məhkəməsi ömürlük həbsə məhkum edib. Əhməd Əhmədovu xilas etmək mümkün olmadı, güllələdilər. Ramil Səfərovu 8 ildən sonra qaytarmaq mümkün oldu. Məmməd Məmmədovun taleyi necə olmalıdır, ömrünü həbsxanadamı başa vurmalıdır? Nə üçün, Vətəni sevdiyinə, Qarabağın işğalda qalmasına dözmədiyinə görəmi?!

Biz Ali Məhkəməni, Apellyasiya Məhkəməsini, Baş Prokurorluğu, Milli Təhlükəsizlik Nazirliyini, ictimai, siyasi qurumları, hüquq müdafiəçilərini vətənpərvər bir gəncin taleyinə biganə qalmamağa çağırırıq.

Biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən bu gəncin taleyinə müdaxilə etməsini, Qarabağsevər bir gəncə divan tutulmasına imkan verməməsini xahiş edirik.

Biz Kütləvi İnformasiya Vasitələrini məhkəmə prosesinə dəvət edir, bu prosesdə fəal iştiraklarını istəyirik.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
526

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
97
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 19:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru