Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Oktyabr

2013
13:06
224 manat cərimə ilə sürücünü şoka salan yol polisi bağışlanmağın istədi
“Cəriməni yazan polis məndən dönə-dönə üzr istədi. Ödədiyim cəriməni öz cibindən mənə qaytarmağı təklif elədi”

Bir neçə müddət bundan öncə mediada “Yol polisinin cəriməsi sürücünü şok etdi” başlıqlı yazı dərc edilmişdi. Yol polisinin məsuliyyətsizliyi üzündən 224 manat cərimə ödəmək məcburiyyətində qalan Milli.az saytının əməkdaşı Teymur Hacıyev, məlum olaydan sonra Daxili İşlər Nazirinə məktubla müraciət etmişdi. 

Artıq sürücünü DİN-ə göndərdiyi məktuba bu günlərdə rəsmi cavab verilib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Teymur Hacıyev facebook səhifəsində məlumat verib. 

Bu gün Sumqayıt yol Polisi İdarəsində kapitan rütbəsi daşıyan, əslində isə mayor vəzifəsində işləyən polis əməkdaşı tərəfindən idarəyə çağırıldığını bildirən Teymur Hacıyev,  “ sözügedən polis əməkdaşı bu hadisənin onun məsuliyyətsizliyi ucbatından baş verdiyini dedi. Dedi ki, həmin vaxt atası rəhmətə getmişdi. Ona görə, çox fikirli idi və belə bir səhvə yol verib”, - deyə qeyd edib: “Məndən dönə-dönə üzr istədi. Ödədiyim cəriməni öz cibindən mənə qaytarmağı təklif elədi (təbii ki, mən razılaşmadım). Onu bağışlamağı xahiş elədi. Dedi ki, artıq bir töhməti var. Bu məsələyə görə işdən qovulacaq. Ərizəni geri götürməyimi xahiş elədi. Mən onu bağışladım. Söz verdim ki, ərizəmi geri götürəcəm. Siz də deyin. Onu bağışlamaq olarmı?”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
16308

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
14957

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
16342

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
15955

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
21324

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
15839

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
15990
Şərhlər
plazma tərəfindən 14-10-2013 20:01:07 tarixində yazıldı
fikir
Cox nahaq baqiwlayirsan!Atam rehm,ete gedibde behanedir!Dediz bir tohmetide var demek bu insanin ozu vezifesinden sui istifade edir daima ki bir tohmetde alib.men olsam baqiwlamaram tam dersi bawqa onun kimilerinede ders olsun deye axirina kimi gederem!bu milletin canini bir beladan qurtararam!eger bu millet ucun nese etmek isteyirsense axirina get cezasini alsin!
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-08-2020 15:18





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru