
“Azərbaycanda oktyabrın 9-da keçirilən prezident seçkiləri zamanı informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi daha geniş şəkildə həyata keçirilib. Beynəlxalq müşahidəçilər bildiriblər ki, bu seçkidə dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi yüksək keyfiyyətli və səviyyəli İKT xidməti göstərilib”.
Bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib.
Nazir əlavə edib ki, seçkilərdə 1000 məntəqədə kameralar qurulub və birbaşa müşahidələr aparılıb. Müşahidələri internet, smartfon və digər cihazlardan izləmək mümkün olub: “Eyni zamanda bu müşahidəni həm Azərbaycan, həm də dünyanın istənilən nöqtəsindən aparmaq mümkün olub. Bu, seçkilərdə olan aktivliyi izləməklə yanaşı, bülletenlərin sayılması prosesini izləmək istəyən müşahidəçilərə də asan şərait yaradıb. İkinci tərədən, bu kameraların prosesi izləməsinə böyük maraq var idi. Belə ki, internetdən təxminən 340 min izləmə olub. Bu izləmə 24 saat davam edib, seçkidən sonra da kameralar açıq qalıb”.
Ə. Abbasov qeyd edib ki, seçki zamanı izləmə sisteminə, informasiya kommunikasiya resurslarını saxlayan sistemlərə bir çox kiber-hücumlar olub. Nazirin sözlərinə görə, əsasən xarici ölkələrdən yüz minlərlə kiber-hücum gəlib, amma sistemin qorunması yüksək səviyyədə təmin olunduğundan sistem demək olar ki, heç bir ziyan görməyib.
“Bundan başqa, İKT-nin tətbiqi istiqamətlərindən biri olan internet, sosial şəbəkələr və digər resursların istifadəsi də ölkədə geniş şəkildə həyata keçirilib. Azərbaycanda seçki prosesinə böyük maraq var idi, bu səbəbdən seçkidən öncə də, seçki günü də, sonra da şəbəkədə böyük yükləmə yaranmışdı. Bir çox ekspertin fikrincə, Azərbaycanda seçki prosesində internetin istifadəsi dünyada ən qabaqcıl ölkələrin nümunəsi səviyyəsində olub”, - deyə nazir Ə. Abbasov qeyd edib./APA

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 14:45 Nazirlər Kabineti xəbərdarlıq etdi: Məhdudiyyətlər sərtləşdirilir - RƏSMİ
- 25-06-2020 11:58 Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
- 25-06-2020 11:57 8103 SMS icazə sistemi ilə bağlı dəyişiklik edilib
- 25-06-2020 11:09 AMEA-da iş saatı dəyişdirildi
- 23-06-2020 09:43 Operativ Qərargah sərtləşdirilmiş xüsusi karantin rejimində KİV-in fəaliyyətinə dair məlumat yayıb
- 19-06-2020 18:22 Azərbaycanın sərhədləri bu tarixə kimi bağlı qalacaq
- 19-06-2020 18:10 QMİ yaslarla bağlı xəbərdarlıq etdi
- 19-06-2020 17:46 İbrahim Məmmədov: "KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir"
- 19-06-2020 17:39 Sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr
- 19-06-2020 17:20 SMS icazə bu formada göndəriləcək - RƏSMİ
- 19-06-2020 17:19 Xüsusi karantin rejimində yaşayış yerini tərk etmə qaydaları açıqlandı
- 19-06-2020 17:13 Sərt karantin rejimində bu yerlər işləməyəcək
- 19-06-2020 16:39 Baş Nazir karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb
- 19-06-2020 16:10 Babək qəsəbəsinə şəhər, Nehrəmə isə qəsəbə statusu verildi
- 19-06-2020 15:38 İki rayona xanım prokurorlar təyin edilib - Azərbaycanda ilk
- 19-06-2020 15:27 Bakı şəhərinin rayonlarına prokurorlar təyin olundu
- 19-06-2020 13:58 İcra başçısının koronavirusa yoluxan müavininin vəziyyəti ağırlaşıb
- 19-06-2020 13:40 Milli Məclisdə Erkin Qədirliyə irad tutulub
- 19-06-2020 13:29 Kimlərə maaşdan əlavə pul veriləcək?
- 19-06-2020 13:18 Bakı İdman Sarayı pandemiya xəstəxanasına çevrilməyə hazırdır
- 19-06-2020 13:07 20 iyunda gözlənilən hava şəraiti
- 19-06-2020 12:59 İcra başçısı koronavirusa yoluxdu
- 19-06-2020 12:41 Nazir: “İki həftəlik sərt karantin rejimi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq”
- 19-06-2020 12:29 “Azərişiq” karantin günlərində gücləndirilmiş rejimdə işləyəcək
- 19-06-2020 12:08 DMX əcnəbilərə müraciət etdi