Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Oktyabr

2013
15:55
DSK-ya görə, əhali mədəsinə az qayğı göstərir

Dövlətstatkoma görə, bu ilin 9 ayında ərzaq və qeyri-ərzaq mallarının pərakəndə satışının nisbəti 1985-ci ilin göstəricisinə çatıb. O vaxt əhali ərzağı qeyri-ərzaq mallarından bir az çox  alırdı.

DSK-ya görə, yanvar sentyabrda pərakəndə şəbəkədə 13,9 mlrd mlrd manatlıq mal satılıb, Bu, 2012-ci ilin eyni dövründəkindən 9,6% çoxdur. Satış strukturunda ərzaq mallarının xüsusi çəkisi 51,9% olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-ərzaq mallarının payı 4,1% artıb. Beləliklə, DSK-ya görə, əhali mədəsinə daha az qayğı göstərir və paltar, ev əşyaları və s. pul xərcləyir.

Azərbaycanda malların növləri üzrə satışın uçotu yoxdur. DSK hesablamanı öz metodikası ilə aparır. Bu metodikaya əsasən, pərakəndə satışının həcmi dinamik artır. Əgər 2003-cü ildə ərzaq mallarının satış həcmi 2 mlrd manat idisə, ötən il 9,7 mlrd manat olub. Qeyri-ərzaq mallarının satışı bu dövrdə 7,5 dəfə artaraq 7,8 mlrd manat olub.

Müstəqil ekspertlərə görə, gəlir səviyyəsinə görə  əhali kəskin təbəqələşdiyi üçün bu rəqəmlər gerçək vəziyyətin əks etdirmir. Bu statistikaya görə, 2012-ci ildə ev təsərrüfatlarının üçdə birində istehlak xərcləri ayda adambaşına 150 manatı keçməyib. Ailələrin 27,6%-də adambaşına aylıq xərclər 200 manatdan çoxdur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54076

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52194

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53634

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53374

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58723

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52999

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53398
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-11-2020 06:24





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru