Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Oktyabr

2013
15:11
Əflan İbrahimov Eldar Namzaovdan bir addım öndə
El Partiyası Azərbaycan siyasətinə qədəm qoyur

"El" hərakatının Əflan İbrahimovun rəhbərlik etdiyi qolu Azərbaycan siyasətinə El Partiyası adı ilə qədəm qoyur. O, bu məqsədlə mətbuat konfransı keçirib.

Ə.İbrahimov hərakatın əsas qolunu idarə edən Eldar Namzovun ünvanına təhqiredici ifadələr səsləndirib, onu ölkədə təxribat törətməkdə təqsirləndirib. Eyni zamanda Milli Şura haqqında islahedici çıxışlar edib.

O deyib: "Biz 30 avqust 2013-cü ildə bəyanat vermişdik ki, prezident seçkilərində fəal iştirak edəcəyik, üzvlərimiz bütüm seçki dairələrində və məntəqələrinə öz işlərini quracaqlar. Verdiyimiz vədə əməl etdik. El hərəkatı 900 nəfərdən çox insanı birləşdirir, 38 rayonda nümayəndəliklərini yaradıb və 125 Dairə Seçki Komissiyasının 78-ni əhatə edib. Seçkidə 93 nəfər müşahidəçimiz MSK-da qeydiyyatdan keçdi. Dairə Seçki Komisiyalarında 200-ə qədər, məntəqə seçki komissiyalarında isə 500-ə qədər üzvümüz çalışır."

Ə.İbrahimov bildirib ki, seçkilər demokratik və şəffaf şəraitdə keçdi. Mənim proqnozlarım özünü doğrultdu. İlham Əliyev böyük üstünlüklə qələbə qazandı. Son on ildə bütün inkişafı görürük və "İlhamla irəli" deyirik. Əfsuslar olsun ki, Əli Kərimli, İsa Qəmbər, Eldar Namazov hakimiyyətdə olduqları dövrdə insanlara jımıx yedirdilər. Nağara çalanı, dumbul çalanı gətirib icra hakimiyyətinin başçısı qoyurdular. Ancaq Heydər Əliyev gələndən sonra bütün bunlara son qoyuldu, ölkədə sabitlik yarandı, inkişaf başladı. Buna na görə də Heydər Əliyevin siyasi kursunu davam etdirən İlham Əliyevi dəstəkləyirik. İlham Əliyev liderliyə layiqdir və biz onunla irəli getməyə hazırıq."/salamnews

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Mingəçevirdə civə satan şəxs yaxalandı

23

May
09:27
HÜQUQ,HADİSƏ
389

Atəşkəs 24 dəfə pozuldu

23

May
09:15
HƏRB
321
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2020 05:12





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru