Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Oktyabr

2013
11:48
Polisinin gözü qarşısında qəza: sürücü yolun ortasına sərildi

Bakının mərkəzində yol polisinin gözü qarşısında ağır yol qəzası baş verib. Paytaxtın Bakıxanov və Səməd Vurğun küçələrinin kəsişməsində ağır yol qəzası baş verib. Nəzarət kameraları tərəfindən qeydə alınmış kadrlardan görünür ki, yolun açıq olmasına baxmayaraq, yol polisi digər tərəfdə yaranmış tıxacı aradan qalmaq məqsədilə Səməd Vurğun küçəsi ilə hərəkət edən avtomobilləri saxlamağa çalışır. Bu zaman iki avtomobil - "cip" və "VAZ" markalı minik avtomobili polisin işarəsinə məhəl qoymadan irəliyə doğru hərəkət edirlər. Bu vaxt Bakıxanov küçəsi ilə hərəkətdə olan "Mercedes" markalı avtomobil işıqforun qırmızı işığında keçərək "cip"lə toqquşur. Nəticədə zərbənin təsirindən istiqamətini dəyişən "cip" işıqforun qırmızı işığında dayanmış minik avtomobilinə çırpılaraq dayanır. Toqquşma zərbəsindən deformasiyaya uğramış "Mercedes"in hissələri yola səpələnir və avtomobil qəfildən tüstülənir. Bu zaman "Mercedes"in qapısı açılır və sürücü huşsuz halda yerə sərilir.

Hadisə zamanı yaxınlıqda olan yol polisləri və mülki vətəndaşlar qəzada xəsarət alanlara yardım etməyə tələsirlər. İnsanların və avtomobillərin hadisə yerinə toplaşmasından yolda böyük bir tıxac yaranır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
15092

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
13742

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
15140

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
14754

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
20115

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
14639

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
14757
Şərhlər
Tofiq tərəfindən 11-10-2013 11:20:39 tarixində yazıldı
qəznın səbəbi
Məm tam əminliklə deyirəm ki, polisin səriştəsiz hərəkəti tənzimləməsi qəzalara səbəb olur.Mən də həmin yerdə yol polisinin qırmızı işıqda tənzımləməni düzgün apara bilməməsi səbəbindən qəzaya düşmüşəm.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-08-2020 21:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru