Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Oktyabr

2013
11:22
2417
Seçkidən sonra Qarabağ müharibəsinin `ayaq səs`ləri
Natiq Miri: “Regiondakı geosiyasi vəziyyətin praktiki cəhətdən tamamilə başqa vəziyyəti diktə edir”

Rusiyalı tanınmış politoloq, Rusiya Hərbi Politoloqlar Assosiasiyasının eksperti, Plexanov adına Rusiya İqtisadi Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev Dağlıq Qarabağ müharibəsi il bağlı maraqlı açıqlama verib. O, bildirib ki, Dağlıq Qarabağda müharibə realdır və Soçi Olimpiadası dövrünə təsadüf edəcək. Ekspert bunu Rusiya hərbi qüvvələrinin olimpiya oyunlarını qorumaq üçün səfərbər ediləcəyi ilə əlaqələndirib. Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən politoloq Natiq Miri bildirdi ki, səsləndirilən fikirlər nəzəri cəhətdən doğru ola bilər. Lakin regiondakı geosiyasi vəziyyətin praktiki cəhətdən tamamilə başqa vəziyyəti diktə etdiyini bildirən politoloq, Dağlıq Qarabağda hər hansı bir müharibə alovunun baş qaldırmasının mümkünsüz olduğunu söylədi: 

“Dünya gücləri, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Dağlıq Qarabağda müharibənin başlanmasının qəti şəkildə əleyhinədirlər. Eyni halda regional güclər hesab edilən İran və Türkiyənin razılığı olmadan regionda müharibəyə başlamaq böyük fiasko ilə nəticələnə bilər. İndiki şəraitdə nə Azərbaycan, nə də ki, Ermənistan müharibə istəmir. Ona görə Aleksandr Perenciyevin dedikləri nəzəri olaraq qəbul edilə bilər və praktiki cəhətdən yaxın illərdə müharibənin işartıları belə görsənmir.“

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
528

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
97
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 19:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru