Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Oktyabr

2013
16:29
MSK sədri Məzahir Pənahov jurnalist xanımın fikirlərini əxlaqsız iş adlandırdı - Audio
Səadət Akifqızı: “Yaydığım səs parçasının sonunda siz aramızda olan dialoqu diqqətlə dinləyə bilərsiniz”

MSK sədri Məzahir Pənahov seçki məntəqə və dairələrində baş verən qanunsuz hərəkətlərlə bağlı ona sual verən jurnalist Səadət Akifqızına “əxlaqsız işlər məşğul olmayın”, - deyə cavab verib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə jurnalist özünün facebook səhifəsində məlumat yayıb. Səadət xanım MSK sədri ilə aralarında baş tutan dialoqun səs yazısını ictimaiyyətə təqdim edib. Səadət Akifqızının yayımladığı statusu və səs yazısını sizlərə təqdim edirik.  

“Dünən MSK-da Məzahir Pənahova mediada, saytlarda yayılan seçki qanun pozuntuları məlumatları ilə bağlı sual verdim. Cavabında: "əxlaqsız işlərlə məşğul olmayın, sizin ünvanınıza demək istəməzdim, xanımsız", - deyə münasibət bildirdi. Dünən gecə ilkin nəticələrlə bağlı keçirilən mətbuat konfransında (ölkə televiziyaları ilə canlı yayımlanırdı) Məzahir Pənahovdan bir daha soruşdum: Seçkidə heç bir qanun pozuntusu olmadığını deyirsiniz, amma gün ərzində media çoxsaylı qanun pozuntuları ilə bağlı yazıb. Komissiya bunu araşdıracaq yoxsa, gündüz brifinqdə dediyiniz kimi "əxlaqsız hərəkət" kimi yanaşacaqsınız?  Məzahir Pənahov belə ifadə işlətmədiyini bildirdi. Yaydığım səs parçasının sonunda siz aramızda olan dialoqu diqqətlə dinləyə bilərsiniz. ”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
368

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
700
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-05-2020 18:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru