Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Oktyabr

2013
16:24
Sentyabrda yenə inflyasiya olub

Dövlətstatkom istehlak bazarının vəziyyəti barədə məlumatları açıqlayıb. Ona əsasən, mayda başlayan deflyasiya «mövsümündən» sonra yenidən 0,1% inflyasiya qeydə alınıb.

Rəsmi hesablamalara görə, ərzaq 0,1%, qeyri-ərzaq malları 0.2% bahalanıb. Xidmət tarif və qiymətləri avqust səviyyəsində qalıb.

İllik hesablamada ərzaq 2,2%, qeyri-ərzaq malları 0,5%, xidmət tarif və qiymətləri 3,4% bahalanıb. İlin əvvəlindən alternativ hesablama aparılmır. Bir qayda olaraq, rəsmi və alternativ inflyasiya hesablaması arasında fərq olurdu: DSK daha kiçik rəqəmlər göstərirdi.  

DSK əməkdaşlarının müşahidələrinə görə, sentyabrda çörəyin, qarabaşaq yarmasının, almanın, armudun, heyvanın, narın, üzümün, qozun, fındığın, şabalıdın, bibərin, kələmin, çuğundurun, kökün, göyərtinin, soğanın, sarımsağın, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma olub.

Sentyabrda statistika mal və qoyun ətinin, toyuq ətinin, kolbasa məmulatlarının, düyünün, makaronun, süd və süd məhsullarının, yumurtanın, kərə yağının, kartofun, göy lobyanın, badımcanın, limonun qiymətlərində bahalaşma qeydə alıb.

Qeyri-ərzaq mallarından minik avtomobilinin, inşaat materiallarından parketin, sementin qiymətləri ucuzlaşıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İŞİD İsraili hücumla hədələyib

28

Yanvar
10:20
DÜNYA
65

AMB-nin valyuta məzənnələri

28

Yanvar
09:25
İQTİSADİYYAT
185

Ağciyər institunda reanimatoloq yoxdur

27

Yanvar
19:00
HÜQUQ,HADİSƏ
288

Bu universitetin müəllimlərinə töhmət verildi

27

Yanvar
18:45
HÜQUQ,HADİSƏ
413

Mərkəzi Banka daha bir baş direktor təyin edildi

27

Yanvar
18:30
İQTİSADİYYAT
391

İranda zəlzələ baş verib

27

Yanvar
18:06
DÜNYA
375

Yanvarın 28-nə manatın məzənnəsi

27

Yanvar
17:50
İQTİSADİYYAT
246

Rusiya və Yaponiya arasında gərginlik

27

Yanvar
16:47
DÜNYA
365
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-01-2020 10:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru