Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Oktyabr

2013
20:35
Məzahir Pənahov: MSK-nin öhdəliyi yoxdur ki, kiminsə gəlirlərini ortaya qoysun, gəlin baxın.

MSK həmişə çalışır ki, seçici namizədlərə münasibətinə seçki qutusu başında qərar versin. Eyni zamanda, “Seçki Məcəlləsi” tam əsas verir ki, müəyyən namizədlərin namizədliyini ləğv edək. Amma, MSK bunu  etməyib. Bu hər tərəf üçün var. Bu barədə MSK sədri Məzahir Pənahov bu günki mətbuat konfransında Turanın müxbirinin prezidentliyə namizədlərin televiziyanın canlı efirində təhqir, böhtan dolu ifadələr işlətməsinə görə məsuliyyəti ilə bağlı sualının cavabında bildirib.

Onun fikrincə, seçkinin ən ali məqsədi odur ki, namizədlərlə bağlı seçici seçim etsin. “Əgər hansısa komissiyalar yol tapırsa ki, namizəd seçicinin imtahanına, məhkəməsinə qədər gəlib çıxsın, mən hesab edirəm ki, bununla fəxr etmək lazımdır. Biz yol tapa bilirik. Həmişə çalışırıq ki, o yolu tapaq, namizədin xeyrinə addımlar ataq. Əlbəttə “Seçki Məcəlləsi”nin ümumi tələblərinin pozulmaması şərti ilə. Təbii ki, “Seçki Məcəlləsi”nin tələbləri pozulanda onu nəzərə almalıyıq. O ki, qaldı, bəzən elə təəssürat yaranır ki, namizədlər hansısa bir səhv edirsə, o dəqiqə MSK-nin onun namizədliyini ləğv etmək hüququ var, bu tamamilə səhv yanaşmadır. Bunun üçün MSK-ya ancaq xəbərdarlıq etmək hüququ verilir. MSK xəbərdarlıq etməlidir, sonra bir də xəbərdarlıq etməlidir, sonra sonuncu xəbərdarlıq etməlidir. Ondan sonra davam etsə hansısa radikal addım atmalıdır”, o qeyd edib.  

İctimaiyyətdən də MSK-ya fikirlər daxil olur ki, niyə ləğv etmirsiniz?

“MSK cəzavermə  orqanı deyil. Biz elə bəhanə tapıb cəza verək. Biz çalışırıq ki, bəhanə tapaq ki, qanunu açıq şəkildə pozmamaq şərti ilə namizədin xeyrinə nə cür addımlar ataq, seçicilər namizədə qiymət versin”, Pənahov bildirib.

Xatırladaq ki, İctimai Televiziyanın canlı efirində namizədlərin 9 debatının hamısında təhqir dolu ifadələr səslənib.     

Prezidentliyə namizədlərin gəlir və əmlakının ictimaiyyət üçün açıqlamaması ilə MSK-nin qanunvericiliyi pozması barədə Milli Şuranın prezidentliyə namizədinin dedikləri ilə bağlı

Turanın sualının cavabında Məzahir Pənahov deyib ki, namizədlərin gəlir və əmlakı barədə  cəmiyyətdən də son zamanlar sözlər eşidilir. “Bununla bağlı ya bilərəkdən, ya bilməyərəkdən tamamilə reallığa uyğun olmayan mövqe var. MSK-nin elə bir öhdəliyi yoxdur, düşüb ortaya kiminsə gəlirləri ilə (namizəd olsun fərqi yoxdur) yeri gəldi, gəlmədi kim istəyir məlumatları ortaya qoymalıdır ki, gəlin baxın. Bizim elə məsuliyyətimiz yoxdur, belə vəzifəmiz yoxdur, belə borcumuz yoxdur. O ki, qaldı MSK-ya daxil olan sənədlərlə tanış olmağa, o başqa məsələ, bunların hamısı “Seçki Məcəlləsi” ilə tənzimlənir”, o qeyd edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
363

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
695
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-05-2020 17:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru