Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Oktyabr

2013
14:46
906
“Qarabağ Müharibəsi – Geostrateji amillər və çıxış yolları” mövzusunda elmi-nəzəri seminar keçirilib

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azad Qarabağ Uğrunda Alyansın təşkilatçılığı ilə “Qarabağ Müharibəsi – Geostrateji amillər və çıxış yolları” mövzusunda elmi-nəzəri seminar keçirilib. FaktXeber.com-un verdiyi məlumata görə tədbirdə tanınmış siyasi xadimlər, Qarabağ qaziləri, müharibə veteranları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. 

Seminarı giriş nitqi ilə açıq elan edən Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli bildirdi ki, Qarabağla bağlı ictimai dinləmələrin keçirilməsində əsas məqsəd noyabr ayının 6-da Təbrizdə keçiriləcək Beynəlxalq Qarabağ Konfransına hazırlıqdır. Bu günə qədər Qarabağla bağlı 6 elmi seminarın baş tutduğunu bildirən Rövşən Əhmədli,  “seminarda istifadə edilən material və çıxışlar kitab və Broşür şəklində hazırlanaraq ictimaiyyətə təqdim olunacaq,” – deyə qeyd etdi.

Bundan sonra Azad Qarabağ Uğrunda Alyansın Türkiyə səfəri barədə də məlumat verən Rövşən Əhmədli, səfərlərinin kifayət qədər səmərəli olduğunu söylədi.

Seminar digər tədbir iştirakçılarının çıxışları ilə davam etdi.  

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
515

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
95
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 18:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru