Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Oktyabr

2013
09:00
Bakı-Şamaxı yolunda ağır yol qəzası: `Sürücü və anası ölüb`

Bakı-Şamaxı yolunda iki nəfərin ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib. Hadisə bu gün saat 13:00 radələrində yolun 63-cü kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Səmədov Ramiz Ələddin oğlunun idarə etdiyi 10-FR-782 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobili qarşı tərəfdən gələn Biləsuvar rayon sakini Quliyev İlqar Özbək oğlunun idarə etdiyi «2085» tranzit nömrə nişanlı "Ford" markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində "VAZ 2107" markalı minik avtomobilin sürücüsü Ramiz Səmədov və onun anası 1938-ci il təvəllüdlü Səmədova Minarə Ömər qızı hadisə yerində dünyasını dəyişiblər. Avtomobildə olan sürücünün həyat yoldaşı və oğlu isə yüngül xəsarət alıblar. Xəstəxanada onlara ilkin tibbi yardım göstərilib və hər iki şəxs evə buraxılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

****

17:54

Oktyabrın 6-da Bakı-Şamaxı yolunun 62-ci kilometrliyində - Qobustan rayonu ərazisində "VAZ" markalı minik avtomobili ilə "FORD" markalı yük avtomobil toqquşub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı avtomobilin sürücüsü Səmədov Ramiz Ələddin oğlu və sərnişini Səmədova Minarə Ömər qızı aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüb və deformasiyaya uğramış avtomobildə sıxılmış halda qalıblar.

Cəsədlər təhlükəsizlik qaydalarına riayət olunmaqla, yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlar vasitəsilə avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
20062

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
18667

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
20002

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
19583

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
25121

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
19576

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
19736
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2020 15:52





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru