Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Oktyabr

2013
09:07
765
Azərbaycanlı millət vəkili AŞPA sessiyasının plenar iclasında Qarabağ həqiqətlərindən danışıb

Oktyabrın 3-də AŞPA sessiyasının plenar iclasında Böyük Britaniyalı parlamentar Gim Şeridan və Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəhbəri Peter Maurer tərəfindən hazırlanmış “Avropa münaqişələri nəticəsində itkin düşmüş şəxslər - humanitar cavab axtarışında uzun yol” adlı hesabat Assambleya iştirakçılarının müzakirəsinə təqdim olunub.

APA-nın Avropa bürosunun məlumatına görə, hesabatın müzakirəsi zamanı Yunan və Kipr deputatları Türkiyə hökumətindən xahiş ediblər ki, Avropa münaqişələri zamanı itkin düşmüş şəxslərin uğurlu axtarışını təmin etmək məqsədilə Türkiyədə yerləşən hərbi bazalara və hərbi arxivlərə müvafiq qaydada buraxılış yaradılsın.
 
Bu məsələnin müzakirələri zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova çıxış edərək, Dağlıq Qarabağ münaqişəsi nəticəsində hazırda hələ də 4035 şəxsin itkin düşdüyünü misal gətirib.
 
Öz çıxışında azərbaycanlı millət vəkili fürsətdən istifadə edərək, oktyabr ayının 2-də Assambleya qarşısında çıxış etmiş Ermənistan Respublikasının prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinə dair bir sıra faktları dandığını, gizlətdiyini və Azərbaycana qarşı böhtan xarakterli məlumatlar verdiyini bildirib. Bu müstəvidə S.Qafarova bildirib ki, S.Sarkisyan öz çıxışında BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul olunmuş 4 qətnaməsinin (822, 853, 874, 884) güya ki Azərbaycana qarşı qəbul olunduğunu bildirməklə, faktları danmış və Azərbaycana böhtan atıb. Xanım Qafarova S.Sarkisyanın yalan danışdığını və bu yalanı sübut etmək məqsədilə sözügedən qətnamələrdən sitat gətirib. Qətnamələrdən gətirilmiş sitatda, Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinə dair konkret məlumatlar Assambleya iştirakçılarının diqqətinə çatdırılıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
91

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1161
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 22:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru