Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Oktyabr

2013
10:16
`Vertu` 5 min avroluq smartfon təqdim edib

“Vertu” şirkəti bu gün “Constellation” seriyasından yeni smartfon təqdim edib. “Android 4.2” əməliyyat sistemi ilə işləyən aparat oktyabrın sonunda satışa çıxarılacaq və qiyməti 5100 avro olacaq.

Smartfonun xüsusiyyətləri dəridən işlənmiş titan korpusa (açıq-qəhvəyi, qara, narıncı, tünd qəhvəyi və tünd qırmızı) malik olması və ekranın üzərini örtən qoruyucu sapfirli şüşədir.

Qoruyucu sapfirli şüşənin ölçüsü (5,1 düym) ekranın öz ölçüsündən  (4,3 düym) böyükdür. İstehsalçı iddia edir ki, sözügedən qoruyucu şüşə sayəsində ekran bir metr hündürlükdən düşən 200 qr-lıq polad kürənin zərbəsinə tab gətirmək iqtidarındadır.

“Constellation” smartfonunda ekranın təsvir ölçüsü 1280x720 nöqtə təşkil edir. Smartfon “Snapdragon S4” ikinüvəli prosessoru və iki kamera (13 və 1,3 meqapiksellik) ilə təchiz edilib. Aparat “Wi-Fi”, “Bluetooth” və “NFC” modullarını dəstəkləyir və 32 QB həcmində daxili yaddaşa malikdir. “LTE” şəbəkələrinə qoşulmaq imkanına malik deyil.

“Vertu” şirkəti 1998-ci ildən fəaliyyət göstərir və elit mobil telefon istehsalı üzrə ixtisaslaşıb. Qiyməti 100 min dollarla ölçülən “Vertu” aparatları texniki imkanlarına görə çox vaxt ucuz qurğulardan geri qalır, lakin bahalı materiallardan işlənib hazırlanır./ictnews

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Qusarda hasar uşaqların üstünə aşıb

31

May
11:51
HÜQUQ,HADİSƏ
464

Xarici valyutaların manata qarşı məzənnələri

31

May
09:42
İQTİSADİYYAT
261
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 13:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru