Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Oktyabr

2013
12:37
Vladimir Putin Nobel Sülh Mükafatına namizəd göstərildi

FaktXəbər-in verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin Nobel Sülh Mükafatına namizəd göstərilib. Bu barədə ictimaiyyətə Beynəlxalq Ruhani Birlik və Həmrəylik Akademiyasının rəhbəri Georgiy Trapenizkov məlumat verib. Onun sözlərinə görə, rəhbəri olduğu qurum Vladimir Putinin sülh mükafatına namizəd göstərilməsi ilə bağlı məktubu 16 sentyabr tarixində Nobel Komitəsinə təqdim edib.

Qeyd edək ki, mövzu ilə bağlı mətbuata açqılama verən Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dimitri Peskov bildirib ki, Vladimir Putin göstərdiyi səylər müqabilində heç bir mükafat intizarında deyil və akademiyanın müraciəti əvvəlcədən hökumətlə razılaşdırılmayıb.

Bu arada Venesuela prezidenti Nikolas Maduro rusiyalı həmkarının Nobel Sülh Mükafatına namizəd göstərilməsinə dəstək verərək deyib ki, hazırda bu mükafata layiq bir nəfər varsa, o da Vladimir Putindir. "Putin Suriya xalqını təhdid edən müharibəni dayandırmağa kömək etdi. O, bu mükafata layiqdir.",-deyə Nikolas Maduro əlavə edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İyunun 4-də dolların manata qarşı məzənnəsi

03

İyun
17:27
İQTİSADİYYAT
20

Mədəniyyət Naziri təyin olunub?

03

İyun
15:23
ÖLKƏ
311

Sabah Bakıda 27 dərəcə isti olacaq

03

İyun
13:44
ÖLKƏ
225

Azərbaycanda zəlzələ oldu

03

İyun
13:20
ÖLKƏ
249

Teledərslərin başa çatacağı tarix açıqlanıb

03

İyun
11:57
ELM / TƏHSİL
263

AzTV-nin operatoru karantinə alındı

03

İyun
10:57
ÖLKƏ
458
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 17:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru