Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Sentyabr

2013
16:24
Mirvari Qəhrəmanlı: “Belə baxanda öz haqlarının müdafiəsi üçün müqavimət göstərmək istəməyən 2 milyona nə edirlərsə, əslində haqq edirlər”

Hazırda ölkədə 500 minə yaxın sənədsiz ev mövcuddur. Ölkə başçısı 2010-cu ildə sənədsiz evlərin bütünlüklə sənədləşdirilməsinə dair göstəriş verməsinə baxmayaraq bu günə qədər aidiyyəti qurumlar və məsul şəxslər heç bir əməli addım atmayıblar. Eyni halda evlərin sənədləşdirilməsi ilə bağlı hakimiyyət daxilində kifayət qədər narazılıq edən yüksək çinli məmurların olduğu bildirilir. Nəzərə alsaq ki, 500 min özəlləşdirilməmiş ev əslində 500 min ailə deməkdir ki, hər bir ailənin sayı da ən azı 4 nəfərdir. Bu isə ümumilikdə 2 milyon əhalinin sənədsiz evlərdə yaşaması deməkdir. Lakin maraqlı olan budur ki, 2 milyon əhalinin sənədsiz evlərdə yaşamasına istəyən hakimiyyət daxili qüvvələr kimdir? Və ya hansı maraq səbəb ola bilər ki, 2 milyon əhalini hakimiyyətdən narazı salınmasına gətirib çıxarsın? FaktXeber.com-un sualı ilə bağlı açıqlama verən hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirdi ki, hazırda Azərbaycanda kifayət qədər cəzalandırılası məmur var. 2010-cu il mart ayının 9-da ölkə başçısının sənədsiz evlərin özəlləşdirilməsinə dair göstəriş verdiyini bildirən Mirvari xanım, bu günə qədər prezidentin sözünə məhəl qoyan olmadığını söylədi: “Hətta həmin göstərişdən sonra ölkədəki bəzi sənədsiz evlərdə söküldü. Ümumiyyətlə Azərbaycanda sənədsiz ev anlayışı yoxdur. Bu ifadə əslində özəlləşdirilməmiş ev anlayışına gəlməlidir. Ona görə ki, ölkədə bir dənə də olsun quş damı hansısa məmurun icazəsi olmadan tikilə bilməz.“

 

Mirvari xanım onu da söylədi ki, evlərin sökülən və haqsızlığa məruz qalan insanlar öz mülklərini və hüquqlarını belə qoruya bilmirlər: “Maraqlıdır ki, həmin insanlar prezident seçkilərində də gedib bu hakimiyyətə səs verirlər. Bəziləri elə bilirlər ki, onlar səs verməyə gedəndə qutuda da onları izləyirlər. Həm dinimizdə, həm də qanunumuzda vardır ki, mülkiyyət hüququ müqəddəsdir və hər kəs öz hüququnu qorumalıdır. Bir sözlə ölkədə qanunlar işləmir və stola sahib olan hər bir vəzifəli şəxs özündən yeni qanunlar çıxarır. Balaca məmurlar və şahlar ölkədə xaos yaradırlar. Belə baxanda öz haqlarının müdafiəsi üçün müqavimət göstərmək istəməyən 2 milyona nə edirlərsə, əslində haqq edirlər.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
6450

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5328

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
6831

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
6842

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
9397

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
6532
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-07-2020 08:59





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru