Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Sentyabr

2013
14:13
1517
Bu xəbər sərnişinlərin həyatları ilə oynayan sürücülər üçündür
Vaqif Əsədov: “Azərbaycan qanunlarına uyğun olaraq vətəndaşın müraciəti əsasında yol hərəkəti qaydasını pozan sürücü barədə araşdırma aparıla bilər”

Artıq bir neçə aydır ki, saytımızın sual-cavab bölməsinə oxucularımız müxtəlif sahələri əhatə edən suallar ünvanlayırlar. Sualların növündən və əhatə etdiyi sahəsindən asılı olaraq ekspertlərdən və rəsmi qurumlardan münasibət öyrənərək izləyicilərimizi maraqlandıran problemlərə aydınlıq gətiririk. Budəfəki oxucumuzun sualı avtobus sürücüləri ilə bağlıdır. Sualda bildirilir ki, avtobusda gedərkən sürücünü sükan arxasında qıraq işlərlə məşğul olduğunu görərəmsə,  (telefonla danışmaq, yemək yemək, su içmək və digər işlər) bununla bağlı hara və kimə müraciət etməliyəm? Oxucumuzun sualı ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxladıq. FaktXeber.com-a açıqlama verən BDYP rəsmisi bildirdi ki, ilk öncə vətəndaş belə bir hallarla üzləşərsə sürücüyə irad tutmalı və ona sükan arxasında olarkən telefonla danışmağın ağır yol qəzalarına gətirib çıxaracağı ilə bağlı xəbərdarlıq etməlidir: “Bu cür xəbərdarlıqla üzləşən sürücü heç bir halda vətəndaşdan inciməməlidir. İndiyə qədər baş verən yol qəza hadisələrinə nəzər salsaq görərik ki, əksər qəzalar sükan arxasında diqqətin yayınması (telefonla danışmaq kimi əməllər) hərəkətlərinə yol vermək nəticəsində əmələ gəlib. Son zamanlar bu cür hallara görə qəza hadisələrinin sayının artması, sözügedən sahədə cərimələrin miqdarının 50 manata qədər artırılmasına səbəb oldu.”

Vaqif Əsədov onu da bildirdi ki, sürücü xəbərdarlığa məhəl qoymadığı halda onunla bağlı vətəndaş aidiyyəti qurumlara müraciət edə bilər: “Hazırda Almaniyada belə bir qanun var. Belə ki, küçə və yollarda yol hərəkəti qaydasını pozan sürücü barədə vətəndaş polisə zəng edərək şikayət ünvanlaması kifayətdir ki, həmin sürücü barədə tədbir görülsün. Azərbaycan qanunlarına uyğun olaraq da vətəndaşın müraciəti əsasında yol hərəkəti qaydasını pozan sürücü barədə araşdırma aparıla bilər.“

“Sükan arxasında diqqətin yayınması hərəkətlərinə görə hər hansı bir qəza hadisəsi baş verərsə, onda sürücü hansı formada məsuliyyət daşıyacaq”, - sualını da cavablandıran BDYP rəsmisi bunun qəzanın ağırlıq dərəcəsindən asılı olduğunu söylədi: “Qəzanı törədən sürücü inzibatı qaydada məsuliyyətə cəlb edilməsi ilə yanaşı, hadisənin ağırlıq dərəcəsindən asılı olaraq cinayət məsuliyyətinə cəlb edilə bilər.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
43

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
305

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
138

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
60

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
124

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
53
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2019 23:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru