Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Sentyabr

2013
16:32
Rəhman Hətəmov: `Bütün uşaqlardan medal gözləyirdim`

Karate üzrə Azərbaycan milli komandası İndoneziyada keçirilən III İslam Həmrəyliyi Oyunlarında çıxışlarını uğurla başa vuraraq bu gün vətənə qayıtdı. 3 qızıl və 2 gümüş medal qazanan karateçilərimizin komanda yarışlarında möhtəşəm qələbəsi, zala toplaşan bütün azarkeşlərin rəğbətinə səbəb oldu.
 
İdmançılarımızın uğurunda yığma komandanın baş məşqçisi, federasiyanın vitse-prezidenti Rəhman Hətəmovun əməyi də xüsusi qeyd edilməlidi. Hər bir idmançısı ilə birgə gərgin anlar yaşayan, döyüşdən öncə taktikanı müəyyənləşdirən məşqçi ilə karate yarışları başa çatdıqdan sonra söhbətləşdik.
 
- Rəhman müəllim, komandanın nəticəsini gözləyirdinizmi?
- Rəqiblərimizin bir çoxu adlı-sanlı karateçilərdən ibarət olan, karatedə dominantlıq edən ölkələr sayılır. Lakin mən bütün uşaqlardan medal gözləyirdim. Rəfayel Ağayevin qələbəsinə şübhəm yox idi və o  yenə ən güclü olduğunu sübut etdi. Ayxan Mamayevlə Şahin Atamov isə öz əzmkarlıqları ilə məni xüsusilə sevindirdilər. Niyazi isə uzun müddətdir zədədən sonra ilk dəfə idi belə böyük yarışa çıxırdı.  Buna baxmayaraq, bütün kollektiv etimadı doğrultdu və sevindirici haldır ki, 5 çəki dərəcəsindən 4-nün finalında Azərbaycan karateçiləri döyüşdülər. Bu böyük uğurdur.
 
- Komanda yarışının final döyüşü daha maraqlı oldu.
- Bəli. Karateçilərimiz fərdi olaraq həmişə uğur qazansalar da, ilk dəfə idi ki, belə böyük turnirin komanda döyüşlərində yarışında birinci olduq. İslam ölkələrinin baş yarışında qalib olmaq qürurvericidir. Xüsusən də finalda İran kimi güclü komandaya qalib gəlmək. Onların heyəti bizdən həm atletik, həm də çəkilərinə görə bizim uşaqlardan böyük idi. Buna baxmayaraq, uşaqların əzmkarlığı qarşısında İran karateçiləri də dayana bilmədilər. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Gənclər və idman nazirinin müavni İsmayıl İsmayılovun döyüşlərimizi yarışları tribunadan izləməsi də uşaqlarda böyük ruh yüksəkliyi yaratdı.
 
- Əgər zədə problemi olmazsa, hazırkı heyət birlikdə neçə il döyüşə bilər?
- Hazırda komandanmızın ən gənc üzvünün 21, yaşlısı olan Rəfayelin isə 28 yaşı var. Karatedə maksimum 35 yaşadək döyüşmək olar. Deməli əgər zədə problemi olmaza bu komanda azı 5 il Azərbaycanın şərəfini layiqincə qoruya biləcək. Təki zədə olmasın. Məsələn, mən özüm 18 yaşımda, Azərbaycanın ilk  dünya çempionu olsam da,  zədə üzündən karyeramı çox tez bitirməli olmuşam.
 
- Bu gün Azərbaycan karate yığması dünyanın ən güclülərindən sayılır. Bəs yığma üzvlərini sabah əvəz edəcək ehtiyat qüvvə varmı?
- Bu gün bizim perspektivli ehtiyat qüvvəmiz, gənclərimiz var. Onlar da indiki nəsli tədricən layiqincə əvəz edəcəklər. Komandamızda nəsil dəyişikliyi tədricən gedir. Heyət birdən-birə yenilənmir. Ona görə də heyət hec zaman zəifləmir. Bizim güclü karate məktəbimiz olub. Bu məktəbin başında isə Ülvi Quliyev, Füzuli Musayev, Yaşar Bəşirov, Əhməd Hətəmov kimi güclü karateçilərimiz dayanıblar. Bu gün gənclərimiz onları layiqincə əvəz edə bilirlər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Mədəniyyət Naziri təyin olunub?

03

İyun
15:23
ÖLKƏ
245

Sabah Bakıda 27 dərəcə isti olacaq

03

İyun
13:44
ÖLKƏ
220

Azərbaycanda zəlzələ oldu

03

İyun
13:20
ÖLKƏ
239

Teledərslərin başa çatacağı tarix açıqlanıb

03

İyun
11:57
ELM / TƏHSİL
256

AzTV-nin operatoru karantinə alındı

03

İyun
10:57
ÖLKƏ
453

Cəlilabadda 9-cu sinif şagirdi çayda boğulub

03

İyun
10:00
HÜQUQ,HADİSƏ
295
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 16:49





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru