Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Sentyabr

2013
10:05
Bakıda avtobus sürücüsünün diqqəti yolda yox, başqa yerdədir

Bakı şəhərində baş verən avtobus qəzalarının, sürücülərinin özbaşınalığının tam olmasa da, əsas səbəblərini üzə çıxarmaqda davam edirik. İki gün əvvəl metronun "Qara Qarayev" satansiyasından Suraxanı qəsəbəsi istiqamətində işləyən 213 saylı sərnişin avtobusunun sürücüsünün sükan arxasında etdiyi hərəkətləri telefon vasitəsilə çəkdik. Sürücü xəttə çıxdığı andan təxminən 20 dəqiqə ərzində sükan arxasında mobil telefonla oynadı, danışdı, sonra isə siqater çəkdi. Bundan sonra eyni hərəkətlər təkrar davam etdi. Oxşar sürücü özbaşınalıqları 113, 109 saylı avtobuslarda da müşahidə olunur.

"Bakı Sərnişin Nəqliyyat" Departamentinin nəzarət şöbəsinin rəis müavini Vüqar İbrahimov Milli.Az-a açıqlamasında bildirib ki, avtobus sürücüsünün sükan arxasında mobil telefonla danışmasına yol polisi müdaxilə edir. Digər məsələlər barədə isə departamentə gəlib rəhbərliklə danışmaq lazımdır. Rəhbərliyin göstərişindən asılı olaraq addım atılacaq. Rəis müavinin sözlərinə görə, sözügedən marşrut xətlərindəki nöqsanlar nəzərə alınacaq.

Məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənovun fikrini öyrənmək mümkün olmadı.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61238

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59010

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60713

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60313

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
65855

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60146

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60344
Şərhlər
[email protected] tərəfindən 26-09-2013 09:48:32 tarixində yazıldı
INSANLAR ATALARINDAN CHOX OZ HAKIMLERINE OXSHAYARLAR!
AVTOBUS SURUCULERI ELE BIL INSAN DASHIMIRLAR. ONLAR UCHUN INSAN HEYATI ESHYA VARLIQI ILE BERABERDIR. DOQRUDANDA VETENDASHLAR DA ELE BIZE REHBERLIK EDENLERE NECE DE OXSHAYIRLAR!
rehimova gozel tərəfindən 17-12-2013 17:36:10 tarixində yazıldı
Bakida avtobuz surucusunun diqiqeti yolda yox basqa yerdedir
Baki seherinde bas veren avtobus qezalarini suruculerin ozbasligi
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-01-2021 15:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru