Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Sentyabr

2013
10:40
Şagirdlərin özəl sürücülərinin yaratdığı əngəllər

Yeni dərs ilinin başlanması bir çox yeniliklərə səbəb oldu. Belə ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sentyabrın 16-dan yeni dərs ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrinə gedən şagirdlərin, tələbələrin və digərlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçiriləcəyi barədə məlumat yaymışdı. Belə tədbirlərdən biri də şəxsi avtomobillərini təhsil müəssisələri ətrafında park etməklə süni sıxlıq yaradan sürücülər barəsində xüsusi akt tərtib etməkdir.

Yol Polisi İdarəsi ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Hafta.az-a açıqlamasında bildirmişdi ki, şəxsi avtomobillə hərəkət edən valideynlərin qeyd edilən göstəricilərə riayət etməyə borcludur: “Yeni dərs ilinin başlanması ilə əlaqədar yol polisi gücləndirilmiş iş rejimində işləyəcək. Bakı şəhəri ərazisindəki təhsil müəssisələri tam nəzarətə götürülüb və təhlükəsizliyin təmin edilməsi, asayişin qorunması məqsədilə zəruri tədbirlərin görülməsi nəzərdə tutulub. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi əhaliyə və avtomobil sahiblərinə bildirir ki, təhsil müəssisələri istiqamətində şəxsi avtomobillərlə hərəkət edərkən qeyd edilən göstəricilərə riayət edilsin. Əks halda, onların avtomobilləri müvəqqəti mühafizə olunan dayanacaqlara evakuasiya olunacaq, yaxud onların yerindəcə fotomaterialı hazırlanacaq, sürücü yanında olarsa, cərimə yazılacaq”.

Sürücülərin bu məsələyə nə dərəcədə ciddi yanaşdığını öyrənmək üçün bir neçə məktəbə baş çəkdik. 160 saylı “Klassik gimnaziya”nın qarşısındakı yolda azsaylı maşınlar parking etsələr də, məktəbin ətrafında xeyli minik maşını var idi. Bu isə məktəbin yaxınlığında “Landmark” adı ilə tanınan ofis binasının olması ilə izah edilir. Həmin ərazidə avtomobillərin hərəkətinə xeyli əngəl yaranır.

Sürücülərin 7 saylı məktəbin önündəki maşın yolunda saxladıqları avtomobillər isə az qala gediş-gəlişi bağlayıb. Həm də bu hal şagirdlərin dərsdə olan vaxtı müşahidə olunur.

Şəhərin mərkəzindən kənarda yerləşən məktəblər ətrafında isə ümumiyyətlə, bu qaydaya əməl olunmur. 108 saylı məktəbin qarşısındakı yol maşınların sürətlə keçdiyi ərazi olduğuna baxmayaraq, valideynlər, şagirdlərin özəl sürücüləri burada da maşın saxlayır. Qeyd edək ki, adıçəkilən məktəbin önündə dəfələrlə yol qəzaları baş verib və şagirdlər yaralanıb.

Xatırladaq ki, indiyə qədər təhsil müəssisələrinin yanında dayanma və durma nişanının təsir sahəsində avtomobil saxlayan 42 sürücünün avtomobili evakuasiya edilib, dayanma və durma nişanının təsir sahəsində saxlanılan 100 avtomobilin bort kompüter vasitəsi ilə şəkli çəkilərək fotomaterial hazırlanıb. Avtomobili qanunsuz park edən, lakin avtomobilin yanında olan 65 nəfər haqda inzibati protokol tərtib edilib.

Amma artıq bundan sonra da Bakı şəhərində yerləşən bütün məktəblərin qarşında polislər olacaq, icazəsiz yerlərdə maşın saxlayanlara cərimlər kəsiləcək və inzibati məsuliyyətə cəlb olunacaqlar.

Nəzərinizə çatdırırıq ki, təhsil müəssisələrinin yanında qanunsuz olaraq avtomobil saxlayan şəxslərə qarşı reydlər davam etdirilir. Bu proses həyata keçiriləndən sonra isə növbəti addım məktəblərin qarşısına keçid xətlərinin çəkilməsi olacaq. Qarşısında piyada keçidi olmayan məktəblərin şagirdlərinin yolu rahat və təhlükəsiz keçməsi üçün həmin ərazilərə yeni zebra xətləri çəkiləcək.

Bu yeni qaydaların isə hələ ki, bəzilərinə heç bir dəxli yoxdur. Məsələn, 160 saylı məktəbin düz qarşısında dayanan “Mercedes” markalı avtomobilin sürücüsünə yaxınlaşırıq. Adını bildirməsə də, şagirdlərin birinin şəxsi sürücüsü olduğunu gizlətmədi: “Mən bu şagird üçün məsuliyyət daşıyıram, onun valideynləri buna görə mənə maaş verirlər. İndi onu məktəbdə qoyub gedə bilmərəm. Bir də ki, bu tıxacda harasa gedib-gəlsəm dərs sonuna mütləq gecikəcəm, ən yaxşısı budur onu burada gözləyim”.

Söhbət zamanı məlum oldu ki, artıq neçə gündür eyni yerdə dayanmasına baxmayaraq, heç bir polis ona xəbərdarlıq etməyib. Məktəblərin önündə neçə-neçə belə özəl sürücü görmək mümkündür. Bunlar isə yol hərəkətini ciddi şəkildə məhdudlaşdırırlar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
18890

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
17527

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
18862

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
18437

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
23981

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
18426

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
18560
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-08-2020 22:30





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru