Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Sentyabr

2013
10:25
Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında iştirak edəcək

FaktXəbər-in verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin Soçidə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasında iştirak edəcək. İclas zamanı 2014-cü ildə koalisiya qüvvələrinin Əfqanıstanı tərk edəcəyi təqdirdə KTMT ölkələrinin sərhədlərini qoruması məsələsi gündəmə gətirləcək.

Qeyd edək ki, toplantıda həmçinin KTMT-yə üzv ölkələrin dövlət başçıları kollektiv təhlükəsizlik sisteminin təkmilləşdirilməsi və qurumun aviasiya qüvvələrinin qabiliyyətinin modernləşdirilməsi yollarını müzakirəyə çıxaracaq.

Məlumat üçün bildirək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsini 1992-ci il mayın 15-də beş keçmiş sovet respublikası – Ermənistan, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan imzalayıb. Sonradan onlara Belarus və Özbəkistan da qoşulub. 2002-ci ildə isə üzv ölkələrin rəhbərlərinin qərarı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adı ilə beynəlxalq quruma çevrilib. Keçmiş SSRİ ölkələrinin bir çoxu, o cümlədən Azərbaycan da həmin təşkilata qoşulmayıb. Hazırda bu hərbi-siyasi alyansa Müstəqil Dövlətlər Birliyinin yeddi ölkəsi daxildir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Mingəçevirdə civə satan şəxs yaxalandı

23

May
09:27
HÜQUQ,HADİSƏ
389

Atəşkəs 24 dəfə pozuldu

23

May
09:15
HƏRB
321
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2020 05:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru