Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Sentyabr

2013
14:38
1398
“Məqsədimiz Qarabağ problemini qonşu ölkələrlə birgə həll etməkdir”
Rövşən Əhmədli: "Baş tutan səfərlərin hamısında əsas məqsəd Təbrizdə Qarabağla bağlı keçiriləcək beynəlxalq konfransa hazırlıqdır”

Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə Türkiyədə Qarabağ həqiqətlərinə dair konfrans, görüş və digər silsilə tədbirlər keçiriləcək. Bu barədə FaktXeber.com-a Azad Qarabağ uğrunda İslami Müqavimət hərəkatının rəhbəri Rövşən Əhmədli məlumat verib. Səfərin məqsədi və mahiyyəti barəsində açıqlama verən Rövşən Əhmədli qeyd etdi ki, Türkiyə turnesində əsas məqsəd Qarabağ məsələsini həm ölkə, həm də ki, beynəlxalq ictimaiyyətin gündəmində saxlamaqdır: “Bizim məqsədimiz Qarabağ probleminin həllini qonşu ölkələri ilə birgə həllinə nail olmaqdır. Bu istiqamətdə geniş və ciddi müzakirələr apararaq elmi nəzəri konfranslar keçirəcəyik. Türkiyə səfərindən sonra Gürcüstana da səfərimiz olacaq. Baş tutan səfərlərin hamısında əsas məqsəd Təbrizdə Qarabağla bağlı keçiriləcək beynəlxalq konfransa hazırlıqdır. “

Türkiyə səfəri ərəfəsində geniş formatlı görüşlər həyata keçirəcəklərini bildirən Rövşən bəy, “Bakını tərk etməmişdən öncə Şəhidlər Xiyabanını və Şamaxıda yerləşən türk şəhidlərinin qəbri ziyarət edərək oranın torpaqlarından bir ovuc götürmüşük. Götürdüyümüz torpaqları Türkiyə səfərimiz ərəfəsində Çanaqqalaya gedərək orada şəhidlərin qəbirləri üzərinə səpəcəyik”, - söylədi: “Oradan da torpaq götürüb Azərbaycanda şəhid olan şəhidlərimizin qəbirlərinə tökəcəyik.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
121
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 09:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru