Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Sentyabr

2013
11:04
845
Dubaydan Azərbaycana qaçaqmal yolu ilə gətirilən mobil telefonlar aşkarlanıb

Azərbaycana qaçaqmal yolu ilə mobil telefonların gətirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı Elşən Dəmirova məxsus əl yükünə və baqajlara X-Ray markalı rentgen aparatı ilə gömrük nəzarəti həyata keçirilib. Baxış zamanı monitorda mobil telefonların təsvirləri görünüb və bununla əlaqədar vətəndaş şifahi sorğu-sual edilib. E. Dəmirov çantasında yalnız 4 ədəd mobil telefonun olduğunu bildirərək oradan 1 ədəd “Samsung  Galaxy SIII” və 3 ədəd “İphone 4S” markalı mobil telefonları gömrük əməkdaşına təqdim edib. Sonra o, gömrük orqanına təqdim etdiyi 4 ədəd mobil telefondan başqa bəyan olunası və gətirilməsi qanunvericiliklə qadağan edilmiş, yaxud məhdudlaşdırılmış malların olmadığını bildirib.

Lakin vətəndaşın çantasına təkrar gömrük baxışı keçirilərkən oradan əlavə olaraq, 1 ədəd “Samsung Galaxy SIII” və 2 ədəd “ İphone 4S” markalı mobil telefonlar aşkarlanıb. E. Dəmirovun digər baqajına gömrük baxışı zamanı isə oradan 1 ədəd “Samsung Galaxy SIII”, 1 ədəd “Samsung Galaxy S4 Zoom” markalı mobil telefonlar və 8 ədəd mobil telefon aksessuarı aşkar olunub. Bundan başqa, vətəndaşın üzərində yoxlama zamanı ondan 3  ədəd “İphone 5”, E.Dəmirova məxsus sellofan paketə baxış zamanı isə oradan 8 ədəd mobil telefon üçün boş qutu aşkar edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
170

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
102

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
133

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
164

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
197

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
189

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
745

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
561
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 20:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru