Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Sentyabr

2013
21:05
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb

Azərbaycanda son 5 ildə hər il orta hesabla bütün subyektlər üzrə 22 - 22,5 min cinayət qeydə alınıb və onların təxminən 85-90 faizinin açılması  təmin edilib. Bu haqda Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun birgə məlumatında bildirilir. Məlumatda qeyd olunur ki, bu hadisələrin 10 faizə qədərini ağır cinayətlər təşkil edir, qalanları isə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərdir:

“Müqayisə üçün qeyd etmək yerinə düşər ki, əhalinin hər yüz min nəfərinə nisbətdə Azərbaycanda qəsdən adam öldürmə və ona cəhdlər cəmi 2,7 fakt, quldurluqlar 1,9 fakt, hədə-qorxu ilə tələb etmələr 0,3 fakt, banditizm 0,01 fakt təşkil etməklə əksər Avropa, Amerika və Asiya dövlətləri ilə müqayisədə 2-10 dəfə azdır.  Ölkəmiz əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayının azlığına, eyni zamanda ictimai asayişin və təhlükəsizliyin etibarlı təmin olunmasına görə son 5 ildə də MDB və Şərqi Avropa məkanında tutduğu öncül mövqeni saxlayıb, əhalinin hər yüz min nəfərinə orta hesabla 250 cinayət düşür. Halbuki digər ölkələrdə bu fakt 400, 500, 1000, hətta 1000-dən də yuxarıdır. Lakin təəssüflə qeyd etməliyik ki, bəzi ölkələrlə müqayisədə respublikamızda ağır cinayətlərin bir növü kimi ailə-məişət zəminində törədilən cinayətlərin sayında nisbi artım müşahidə olunur. İntihar halları ilə bağlı isə onu qeyd etməyi vacib sayırıq ki, Azərbaycanda bu qəbildən olan hadisələrin sayı Avropanın inkişaf etmiş ölkələri və MDB iştirakçısı olan dövlətlərlə müqayisədə olduqca aşağıdır”.

Məlumatda bildirilir ki, son vaxtlar müxtəlif kütləvi informasiya vasitələrində və ayrı-ayrı şəxslərin çıxışlarında ölkədəki kriminogen durumla, xüsusən ağır cinayətlərlə bağlı həqiqətə uyğun olmayan fikirlər səsləndirilir. Bu üzdən də Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu cinayətkarlıqla mübarizə mövzusunda yazan, kriminogen durumla bağlı danışan hər bir şəxsi daha məsuliyyətli, siyasi konyukturadan, şəxsi maraqlardan uzaq olmağa çağırır. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
4629

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
3698

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
5396

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
5444

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
6701

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
5176
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-07-2020 21:53





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru