Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Sentyabr

2013
14:37
808
Azərbaycan AŞ PA-da Dağlıq Qarabağ məsələsini qaldıracaq

Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Asambleyasının (AŞ PA) payız sesiyasında Dağlıq Qarabağ məsələsini qaldıracaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

S.Seyidov qeyd edib ki, bu sessiyada müxtəlif məsələlər müzakirə olunacaq və müxtəlif ölkələrdən qonaqlar da gələcək: "Bu sessiya Azərbaycanda prezident seçkiləri ərəfəsində keçirilir. Ona görə də Azərbaycan nümayəndə heyəti üçün həm sessiyada, həm də Azərbaycanda prezident seçkilərində iştirak etmək o qədər də asan deyil, ancaq nümayəndə heyəti sessiyada iştirak edəcək, öz mövqeyini açıq bildirəcək".

S.Seyidov qeyd edib ki, Avropa Şurasına rəhbərlik Ermənistanda olduğu üçün bu sessiyada Ermənistanın prezidenti, xarici işlər naziri və digərləri iştirak edəcəklər: "Biz öz mövqeyimizi həmişə olduğu kimi mütləq nümayiş etdirəcəyik və lazım olan məsələləri qaldıracağıq. Lazım olan məsələlər içərisində də ən öndə olanı Dağlıq Qarabağ məsələsidir".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu rüsumlar artırılır - SİYAHI

21

May
12:41
HÜQUQ,HADİSƏ
22

Axtarışda olan 28 nəfər saxlanıldı

21

May
12:33
HÜQUQ,HADİSƏ
28

Valideynlərə XƏBƏRDARLIQ

21

May
11:50
AİLƏ, SAĞLAMLIQ
112

Ağdaşda 1 tona yaxın narkotik məhv edildi

21

May
11:22
HÜQUQ,HADİSƏ
1857
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 12:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru