Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Sentyabr

2013
14:38
Bakının Avropa çempionatına namizədliyi təsdiqləndi

FaktXəbər-in verdiyi məlumata görə, UEFA paytaxt Bakımızın 2020-ci il Avropa çempionatını keçirməyə namizəd şəhər kimi təsdiqləyib. Bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.

Qərar UEFA-ya üzv ölkələrin milli federasiyalarının prezidentləri və baş katiblərinin Xorvatiyanın Dubrovnik şəhərində keçirilən toplantısında çıxarılıb.

E.Məmmədov bildirib ki, Bakının çempionatı təşkil edəcək 13 şəhər arasına düşmə şanslarını rəqibləri açıqlandıqdan sonra dəyərləndirmək olar: “Biz qrup mərhələsinin 3, 1/8 final və ¼ final mərhələsinin isə hərəyə 1 oyununa ev sahibliyi etmək istəyindəyik. Görək, belə bir istəklə daha hansı şəhərlər çıxış edəcək. Yarımfinal və final oyunlarına isə özümüz iddia etmədik. Çünki bu zaman azarkeşlər 3 matça şahidlik edəcəkdilər. Biz isə daha çox – 5 oyunu qəbul etmək niyyətindəyik”.

Namizəd şəhərlər  - Azərbaycan (Bakı), Belarus (Minsk), Belçika (Brüssel), Bolqarıstan (Sofiya), Ermənistan (İrəvan), Xorvatiya (Zaqreb), Çexiya (Praqa), Danimarka (Kopenhagen), İngiltərə (London), Finlandiya (Helsinki), Fransa (Lion), Makedoniya (Skopye), Almaniya (Münhen), Yunanıstan (Afina), Macarıstan (Budapeşt), İsrail (Qüds), İtaliya (Roma, Milan), Qazaxıstan (Astana), Hollandiya (Amsterdam), Polşa (Varşava, Xojuv), Portuqaliya (Lissabon, Porto), İrlandiya (Dublin), Rumıniya (Buxarest), Rusiya (Sankt-Peterburq), Şotlandiya (Qlazqo), Serbiya (Belqrad), İspaniya (Madrid, Barselona, Bilbao, Valensiya), İsveç (Solna), İsveçrə (Bazel), Türkiyə (İstanbul), Ukrayna (Kiyev, Donetsk) və Uelsdir (Kardiff).

Otuz iki namizəd ölkədən bəziləri bir neçə şəhərin adını irəli sürsə də, yalnız bunların birində oyunları qəbul edə biləcək. 32 namizəd ölkənin hər biri gələn il aprelin 25-dək fikrini dəyişib, başqa şəhərin adını UEFA-ya təqdim edə bilər. Avro-2020-yə ev sahibliyi edəcək 12 şəhər 4 oyunu qəbul edəcək. Bu şəhərlərdə qrup mərhələsinin 4 oyunu və pley-offun (1/8 və 1/4) 1 qarşılaşması baş tutacaq. 13-cü şəhər isə cəmi 3 görüşü - yarımfinal və finalı qəbul edəcək.

Qeyd edək ki, qalib şəhərlər 2014-cü il sentyabrın 14-də açıqlanacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda məktəbli qızı maşın vuraraq öldürüb

18

Yanvar
14:09
HÜQUQ,HADİSƏ
202

Azərbaycan nefti ucuzlaşdı

18

Yanvar
12:23
İQTİSADİYYAT
193

Ötən günün yol qəzaları: 4 ölü, 4 yaralı

18

Yanvar
11:40
HÜQUQ,HADİSƏ
192

Ceyhun Bayramovdan yeni təyinat

18

Yanvar
11:29
ELM / TƏHSİL
10673

ABŞ etiraf etdi: Bacarmırıq

18

Yanvar
10:43
DÜNYA
426

Mikroavtobus süpürgəçini vuraraq öldürdü

18

Yanvar
09:55
HÜQUQ,HADİSƏ
336
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-01-2020 15:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru