Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Sentyabr

2013
14:10
851
Qarabağ Alyansı Türkiyə turuna çıxır

Qarabağ Azadlq Təşkilatının təşəbbüsü ilə Türkiyədə həyata keçiriləcək “Qarabağ Təbliğat Turu”na start verilib. Aksiya iştirakçıları bu gün Şəhidlər Xiyabanını ziyarət ediblər, Qarabağ şəhidlərinin məzarlarından torpaq götürüblər. Həmin torpağın Türkiyədə Çanaqqala məzarlığına səpilməsi nəzərdə tutulur. FaktXəbər-in məlumatına görə, aksiya iştirakçıları 20 Yanvar və Qarabağ şəhidlərinin məzarlarını, Türk Şəhidliyi abidəsini ziyarət ediblər, şəhidlərin ruhlarını dualarla yad ediblər.

Mərasimdə  QAT sədri Akif Nağı, Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli, Azad Qarabağ Uğrunda Alyansa daxil olan təşkilatların rəhbərləri Jalə Cəfərova, Vüsal Hətəmov, Məmmədhəsən Həsənov və digərləri iştirak ediblər.

QAT sədri Akif Nağı mərasimin sonunda bildirib: “Qarabağ yalnız hərbi yolla işğaldan azad olunacaq, bunun üçün isə özümüzə müttəfiqlər qazanmalıyıq, bu müttəfiqləri isə ilk növbədəd islam, türk dünyasında axtarmalıyıq. Qarabağ məsəsləsinin  açarı nə Qərbdə, nə Rusiyada, nə də başqa bir yerdədir, islam və türk dünyasındadır. Məhz burada ala biləcəyimiz real və konkret dəstək hər şeyi həll edəcək. Bizim səfərimiz də bu məqsədə xidmət edir. Biz cəmiyyət və dövlət səviyyəsində bu cür dəstəyin əldə olunması üçün imkanlarımız daxilində iş görməliyik”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
608

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1162
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 22:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru