Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Sentyabr

2013
12:31
ABŞ-dan əsl «demokratik» hərəkət: Polis qəzaya uğrayan və yardım istəyən şəxsi güllələdi
Şəhər sakinləri baş verənləri irqi ayrı-seçkilik kimi dəyərləndiriblər

FaktXəbər-in verdiyi məlumata görə, Amerikanın Şimali Karolina ştatında bilməyərəkdən öldürmə və özünümüdafiə həddini aşma maddələri ilə  polis zabitinə qarşı cinayət işi qaldırılıb. Belə ki, hüquq mühafizəçi qəzaya düşən və yardım istəyən qara dərili şəxsi güllələyib. Hazırda  polis 50 min dollar girov müqabilində zaminə buraxılıb.

Hadisə belə baş verib: Faciə gecəsi polis idarəsinə zəng vurularaq evə oğru girildiyi barədə məlumat verilir. Polis hadisə yerinə gələrkən bir kişinin ev sahibəsinə tərəf əlini yelləyərək qaçdığını görür. Polis əvvəlcə onu  elektroşok tapança dayandırmaq istəyir, lakin bunun işə yaramadığını görəndə şübhəli şəxsə 12 güllə açır. Qəlpələrdən 10-u hədəfə dəyir.

Sonradan məlum olub ki, polis tərəfindən güllələnən 24 yaşlı Conatan Farel avtobili ilə qəzaya uğrayıb və qadının evinə yardım istəmək üçün gəlibmiş. Hadisə yerinin yaxınlığında onun dağılmış maşını tapılır. İstintaq zamanı Farelin avtomobili sürərkən idarəetməni itirdiyini və yaxınlıqdakı hasara çırpıldığı aydınlaşır. Sürücü avtomobildən çıxmaq üçün arxa şüşəni sındırmaq məcburiyyətində qalıbmış.

Polisin böyük səhvi ucbatından qətlə yetirilən Conatan Farel təhsilini davam etdirmək üçün Şarlotta şəhərinə gəldiyi öyrənilib
Gəncin faciəli şəkildə ölümü Şimmali Karolinanın ən iri şəhərlərindən sayılan Şarlottada böyük rezonans doğurub. Bazar ertəsi yüzə yaxın fəal şəhər administrasiyasının yaxınlığında mitinq ediblər. Onlar baş verənləri irqi ayrı-seçkilik kimi dəyərləndiriblər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

27

May
16:40
BÖLMƏNİ DÜZ SEÇ!
233

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
326

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
311
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 09:07





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru