Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Sentyabr

2013
11:06
Ünvanlı sosial yardımla bağlı qanunvericilikdə boşluqlar var
“Qızım 3 yaşlı övladı ilə 76 manatın ümidinə qalıb. Çox istərdim ki, qızımın maddi durumu ilə əlaqədar ona sosial yardım verilsin”

Artıq bir neçə aydır ki, saytımızın sual-cavab bölməsinə oxucularımız müxtəlif sahələri əhatə edən suallar ünvanlayırlar. Sualların növündən və əhatə etdiyi sahəsindən asılı olaraq ekspertlərdən və rəsmi qurumlardan münasibət öyrənərək izləyicilərimizi maraqlandıran problemlərə aydınlıq gətiririk. Budəfəki oxucumuzun sualı ünvanlı sosial yardım və sosial müavinətlərlə bağlı idi. FaktXeber.com-la əlaqə saxlayan Hüseynova Aybəniz adlı valideyn bildirdi ki, qızı bir neçə il bundan öncə ailə qurmasına baxmayaraq hazırda bir uşaqla boşanıb. Buna səbəbin ailə daxili münaqişələrin olduğunu bildirən Aybəniz xanım, “ hazırda qızım bir uşaqla bizim evimizdə qalır və aylıq 76 manat aliment alır. Bu yaxınlarda ünvanlı sosial yardım almaq üçün Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi ilə əlaqə saxladıq. Mənə bildirdilər ki, qızınız sizinlə birgə yaşadığına görə ona ünvanlı sosial yardım düşmür. Ona görə ki, yaşadığınız ünvanda oğlunuzun, həyat yoldaşınızın və sizin aylıq gəlirləriniz var”, - deyə bildirdi: “Hazırda oğlumda ailəlidir və bizimlə birgə qalır. Onun qazancı öz ailəsinə güclə çatır. Qızım isə 3 yaşlı övladı ilə 76 manatın ümidinə qalıb. Çox istərdim ki,  qızımın maddi durumu ilə əlaqədar ona sosial yardım verilsin.”

Valideynin müraciəti əsasında Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi ilə əlaqə saxladıq. Mərkəzdən FaktXeber.com-a bildirdilər ki, ünvanlı sosial yardım almaq istəyən şəxs qanunvericilikdə deyilən göstəricilərə cavab verməlidir. Qanunvericiliyin tələbini buradan oxuya bilərsiniz.

Lakin ehtiyac üzündən hansısa qohumun yanında müvəqqəti olaraq qalan şəxsə ünvanlı sosial yardımın verilməməsi başa düşülən deyil. Bu qanunvericilikdəki boşluqdan irəli gələn bir məsələdir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dərsliklər təhvil verilmə vaxtı məlum oldu

02

İyun
17:31
ELM / TƏHSİL
250

İyunun 3-də dolların manata qarşı məzənnəsi

02

İyun
17:23
İQTİSADİYYAT
197

DİN metrodakı hadisə ilə bağlı açıqlama verdi

02

İyun
16:58
HÜQUQ,HADİSƏ
273

Masallının prokuroru işdən çıxarıldı

02

İyun
16:18
HÜQUQ,HADİSƏ
287

Salyanda avtomobil yolu yenidən qurulur

02

İyun
14:45
NƏQLİYYAT
247

Taliban lideri koronovirusdan ölüb

02

İyun
13:13
DÜNYA
528
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 03:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru