Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Sentyabr

2013
17:50
1227
“Qarabağ müharibəsi-ideoloji amillər” mövzusunda ictimai dinləmələr keçirilib

İlqar İbrahimoğlu: "Azərbaycan insanının bütün uğuru, onun ideoloji durumu ilə bağlı olub"

Akif Nağı: "Çalışırlar ki, Qarabağ müharibəsinə etnik münaqişə kimi müxtəlif adlar qoysunlar"

Bu gün Azad Qarabağ Uğrunda Alyansın təşəbbüsü ilə “Qarabağ müharibəsi-ideoloji amillər” mövzusunda növbəti ictimai dinləmələr keçirilib. FaktXeber.com-un verdiyi məlumata görə tədbirdə tanınmış siyasilər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.  

İlkin olaraq çıxış edən Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli tədbir haqqında ümumi məlumat verdi. Sonra çıxış üçün söz DEVAMM sədri İlqar İbrahimoğluna verildi. Cənab İbrahimoğlu çıxışı zamanı bildirdi ki, əvvəlki illərdə cəmiyyətdə  döyüşkənlik ruhiyyəsi var idi. “Gənclər və yeniyetmələr heç bir bəhanə gətirmədən döyüşlərə gedirdilər. 80-ci illərin sonunda çox ciddi ideoloji tutuma malik idik. Həmin dövrdən indiyə qədər toplumda islami maarifçiliyin çəkisi artıb. Lakin 80-ci illərin sonunda baş qaldıran xalq hərəkatı və Qarabağ müharibəsində islami maarifçilik aşağı səviyyədə olmasına baxmayaraq, sözügedən proseslərdə islami  ideologiya mühüm rol oynayırdı. Azərbaycana islami maarifçilik gəldikcə sanki özü ilə xarici təsirlər də gətirdi. Azərbaycan insanının bütün uğuru, onun ideoloji durumu ilə bağlı olub. Səfəvi dövlətindən Cümhuriyyətə qədər islami ideoloji baza daima öndə gedib.”

DEVAMM sədri onu da bildirdi ki, liberal düşüncə ilə Qarabağın qaytarılması mümkün olmayacaq. 

Sonra çıxış edən QAT sədri Akif Nağı bildirdi ki, Qarabağın qaytarılması yalnız müharibə yolu ilə mümkündür: “Çalışırlar ki, Qarabağ müharibəsinə etnik münaqişə kimi müxtəlif adlar qoysunlar. Əslində isə Dağlıq Qarabağda xristian-müsəlman qarşıdurması baş verib. ”

Tədbir digər iştirakçıların çıxışları ilə davam etdi

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 4%-dən çox ucuzlaşıb

24

May
09:37
İQTİSADİYYAT
1025

Mərkəzi Bank "Mastercard"la memorandum imzalayıb

23

May
18:12
İQTİSADİYYAT
104

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
133
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 09:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru