Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Sentyabr

2013
14:26
Taksofonlardan mobil telefonlara edilən zənglərin qiyməti ucuzlaşıb

Bakıda taksofonlardan mobil telefonlara edilən zənglərin bir dəqiqəsinin 10 qəpik edilməsi zənglərin sayına təsir edib. “İctnews” elektron xəbər xidmətinə bu barədə  məlumatı Rəfalət Tarverdiyev verib. Onun sözlərinə görə, yeni multimedia taksofonları vasitəsilə mobil telefonlara zənglərin 1 dəqiqəsinin qiyməti 44,4 faiz ucuzlaşdırılması vətəndaşların taksofonlara olan ümidlərini yenidən özünə qaytarıb.

“Əvvəllər sözügedən taksofonlardan mobil telefonlara edilən zənglərin 1 dəqiqəsinin qiyməti 18 qəpik təşkil edib. Bu, çox baha olduğundan vətəndaşlar 1 manatlıq kontur alıb mobil telefonu ilə danışmağa üstünlük verirdi. İndi konturu olmayan vətəndaş kiməsə zəng etmək üçün 10 qəpik verib 1 dəqiqə mobil telefonla danışır. Multimedia taksofonlarının üzərində istifadə qaydaları, ölkələrin və rayonların kodları, köməkçi məlumatlar da var”- deyə o bildirib.
 
 Bundan əlavə, yeni taksofonlardan internetə də qoşulmaq mümkündür. Bu taksofonlar vasitəsilə həmçinin «Bluetooth» vasitəsilə mobil telefona foto və musiqi yükləmək də olar. Taksofonlarda onlayn oyun və informasiya bölmələri də mövcuddur».

  Veb-taksofonlarda onlayn oyun və informasiya bölmələri də var. Menyu isə Azərbaycan və ingilis dillərindədir. Aparatlarda internetin 1 dəqiqəsi 2 qəpiyədir. “Bluetooth”dan bir dəfə istifadə isə 20 qəpikdir.
Şəhərdaxili zənglərin 1 dəqiqəsi 3 qəpik, ölkədaxili danışıqların 1 dəqiqəsi isə 7 qəpikdir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
13627

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
12292

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
13715

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
13294

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
18659

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
13163

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
13291
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-08-2020 20:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru