Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Sentyabr

2013
12:56
1077
Suriyanı xaraba qoymaq istəyənlər, Qarabağa qanuni hərbi müdaxilənin əleyhinədirlər
İlqar Vəlizadə: “Təəssüf etməkdən başqa əlimizdən bir iş gəlmir. Ona görə ki, sülh variantından başqa alternativ bir təklif irəli sürülmür”

ABŞ Prezidenti Barak Obama Qarabağ münaqişəsi ilə bağlı daima öz mövqeyini açıqlayarkən bildirir ki, rəsmi Vaşinqton Cənubi Qafqazda sülhün və əmin-amanlığın tərəfdarıdır və tərəflər arasında hər hansı bir müharibənin baş verməsi yol verilməzdir. Lakin maraqlı olan budur ki, təcavüzkar erməni işğalçıları tərəfindən işğal edilmiş torpaqlarını hərbi yolla azad etməyə imkan verməyən ABŞ hökuməti gecə-gündüz dünya güclərini qanuni Suriya hakimiyyətinə qarşı hərbi müdaxiləyə çağırır. Rəsmi Vaşinqtonun ziddiyyətli və ikiüzlü mövqeyi ilə bağlı FaktXeber.com-a açıqlama verən politoloq İlqar Vəlizadə bunu ABŞ-ın ikili standartlardan çıxış etməsi ilə əlaqələndirdi. Müsahib bildirdi ki, dünya siyasətində ikili standartlar mövcuddur: “Qərbin Azərbaycanla sərgilədiyi mövqe yeni bir xəttə deyil. Artıq 20 ildir ki, Azərbaycana qarşı bu cür münasibət göstərilir. BMT-nin hüquq normalarını nəzərə alsaq Azərbaycan istənilən zaman hərbi əməliyyatlardan istifadə edə bilər. Sadəcə Suriyadan fərqli olaraq Azərbaycanla bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi belə mövcuddur. Azərbaycan tərəfi BMT Təhlükəsizlik Şurasının üzvü olaraq torpaqlarının azadlığı üçün hərbi müdaxilə məsələsini gündəmə gətirə bilər. Lakin beynəlxalq güclərin ikili mövqeyi buna imkan vermir.” 

İlqar bəy onu da bildirdi ki, Qərbin ikili standartlardan çıxış etməsi yalnız təəssüf hissi doğurur: “ Burada təəssüf etməkdən başqa əlimizdən bir iş gəlmir. Ona görə ki, sülh variantından başqa alternativ bir təklif irəli sürülmür. Əgər alternativ yol kimi hərbi müdaxilə qoyulsa idi, bəlkə də işğalçı Ermənistan inadkar mövqeyindən əl çəkərdi."

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Nazirlik parklara müdir axtarır

24

May
10:40
ÖLKƏ
38

Azərbaycan nefti 4%-dən çox ucuzlaşıb

24

May
09:37
İQTİSADİYYAT
1050
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 11:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru