Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Sentyabr

2013
12:13
1339
Yol polisi sürücülərə müraciət etdi

Bakının yol polisi sürücülərə payız-qış mövsümünün və yeni dərs ilinin başlanması ilə bağlı nəqliyyat sahiblərinə və sürücülərə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və avtomobillərin texniki cəhətdən sazlığına diqqətin artırılması ilə bağlı müraciət edib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYP) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Bölmə rəisinin sözlərinə görə, yeni mövsümün və dərs ilinin başlanması ilə əlaqədar təhlükəsizliyin təmin edilməsində yol zolaqları üzrə avtomobillərin sıxlığının yaranması ehtimalı var. Bununla bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi vacib şərtdir: "Yollarda qəzaların sayının minimuma endirilməsi, hadisələr zamanı xəsarət dərəcələrinin yüngülləşdirilməsi məqsədilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sahibləri və sürücülərin nəzərinə çatdırır ki, sürücülər nəqliyyat vasitəsini idarə edərkən hərəkət istiqamətində olan yol nişanlarına diqqət yetirməli, sükan arxasında olarkən diqqəti yayındıra biləcək əməllərin (məsələn, telefonla danışmaq) təhükəli olduğunu nəzərə almalı, qəti olaraq şəhər daxilində səs siqnallarından istifadə etməməli, yolayrıclarını keçərkən işıqforun və ya yol nişanlarının tələblərinə fikir verməli, xüsusilə dayanma-durma qaydalarının tələblərinin çox ciddi yerinə yetirilməsinə, o cümlədən hərəkət edərkən işıq cihazlarından istifadə etməlidirlər. Bundan əlavə, sürücülər və avtomobil sahibləri idarə edilən nəqliyyat vasitəsinin xarici görkəminin səliqəli olmasına da diqqət yetirməyi unutmamalıdırlar."

Bundan başqa, Əsədov qeyd edib ki, idarə edilən nəqliyyat vasitəsi vaxtında texniki baxışdan keçirilməli, qabaq alın şüşəsində onun texniki baxışdan keçdiyini və texniki cəhətdən sazlanmasını sübut edən talonu olmalı, hər bir idarə edilən avtomobil icbari qaydada sığortalanmalı, eləcə də hərəkət məsafəsindən asılı olmayaraq, təhlükəsizlik kəmərlərindən istifadə edilməli və daşınan sərnişinlərin də bu kəmərdən istifadəsi təmin edilməlidir. Sürücülər xüsusilə azyaşlı uşaqların arxa oturacağa quraşdırılmış xüsusi qurğu vasitəsilə daşınmasını təmin etməlidirlər. Ən vacib məsələlərdən biri də budur ki, idarə edilən avotmobillərdə xüsusi komplektləşdirilmiş dərman qutusu, yanğınsöndürən balon mütləq olmalıdır.

Bölmə rəisi artıq yay mövsümünün bitməkdə olduğunu və qarşıdan payız-qış aylarının gəldiyini nəzərə alaraq, indidən mövsümi təkərlərin əldə edilib istifadəsinə hazırlaşmağı tövsiyə edib: "Yağışlı günlərdə avtomobil təkərlərinin asfalt yol üzərində sürüşməsi halları artır. Çünki Bakıda iqlim şəraiti elədir ki, asfalt üzərində yığılan toz hər damla yağışdan sonra sürüşmə ehtimalını artırır. Ona görə də təkərin tərkibində rezin məmulatı çox olmalıdır və hər mövsümə uyğun təkərlərdən istifadə edilməsi üçün sürücülər hazırlıq işləri görməlidirlər."

O, həmçinin sürücülərə ətraf mühitin qorunması, eləcə də mühərrikin sazlığından əmin olmaq məqsədilə avtomobilləri mütəmadi diaqnostika mərkəzlərində yoxlamadan keçirmələri tövsiyə edib: "Diaqnostikadan keçirilərkən nəqliyyat vasitəsinin şüşəsilən ilgəclərinin, əyləc-sükan idarəetmə mexanizminin, vacib olan digər cihaz və mexanizmlərin sazlığına nəzarət edilməlidir ki, yoxlama zamanı onun yol hərəkətində istismarına icazə verilsin. Bütün bu göstiricilər varsa, avtomobilin xarici görkəmi səliqəlidirsə, sürücü özü və sərnişini təhlükəsizlik kəmərindən istifadə edirsə, hər hansı manevr edərkən işıq cihazlarından istifadə edirsə, əlbəttə ki, həmin avtomobil yol polisi tərəfindən saxlanılmayacaq. Bu, ilk növbədə onların və sərnişinlərin təhlükəsizliyi üçündün, digər tərəfdən isə yol hərəkəti qaydalarına hörmət əlamətidir, yol mədəniyyətidir. Əgər sürücülər saxlanılmalarını və vaxt itkisinə yol verilməsini istəmirlərsə, mütləq bu şərtlərə əməl etməlidirlər."

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
592

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
429

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
445

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
491

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
520

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
494

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
1092

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
890
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 08:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru