Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Sentyabr

2013
11:42
1212
İcra başçısının sürücüsü polis mayorunu döydü
Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayevin adı daha bir qalmaqalda hallanıb

Bu dəfə L.Babayevin adı sürücüsünə görə gündəmə gəlib. Belə ki, icra başçının sürücülərindən biri, əslən Kürdəmirdən olan Həmid dava salıb. O, Zərdab rayon Polis Şöbəsinin əməkdaşı, əslən Ağcabədidən olan polis mayoru Elton Məmmədovu döyüb.

Qalmaqala səbəb kimi isə yolda ötmə əməliyyatı göstərilir. Hadisə şahidlərinin sözlərinə görə, Həmid Elton Məmmədovun maşının qarşısını kəsərək, onu icra başçısına hörmətsizlikdə ittiham edib. Sürücü E.Məmmədovdan icra başçısının maşınını ötərək qarşısına keçməklə başçıya hörmətsizlik etdiyini deyib. Hətta sürücünün polis mayorunu şillələdiyi, qarşı tərəfin isə sürücüyə əl qaldırmadığı bildirilir.

Qeyd edək ki, L.Babayevin 2 sürücüsü var. Onlardan biri – Rafiq adlı şəxs əslən Zərdabdandır. O, L.Babayevdən əvvəl Zərdabın bir neçə icra başçısının da sürücüsü olub. Dava salan sürücü Həmidi isə L.Babayev işə götürüb. Həmidin anasının L.Babayevin evində aşpaz olduğu bildirilir.
Onu da bildirək ki, polis mayoru E.Məmmədov “Aztelekom” İB-nin Zərdab rayon şöbəsinin müdiri Zeynalabdin Məmmədovun oğludur.

Zərdab rayon Polis Şöbəsindən xəbər təkzib edilib. Şöbədən özünü təqdim etməyən şəxs onlarda belə məlumat olmadığını bildirib./
Aznews

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
92

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
112

Klublarımızın yay transferləri

23

Avqust
11:32
İDMAN
79

Hacıqabulda mikroavtobus qəzaya düşdü - 8 yaralı

23

Avqust
11:07
HÜQUQ,HADİSƏ
87

Bağdadi öz varisini təyin edir

23

Avqust
10:59
DÜNYA
147

Rusiyanın cənubunda ölümcül xəstəliklər yayılıb

23

Avqust
10:39
AİLƏ, SAĞLAMLIQ
95

DİM abituriyentlərə müraciət edib

23

Avqust
09:50
ELM / TƏHSİL
130

23 avqust tarixinə AMB-nin valyuta məzənnələri

23

Avqust
09:35
İQTİSADİYYAT
100
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 12:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru