Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Sentyabr

2013
10:42
Ünvanlı dövlət sosial yardımı almaq istəyənlər bunları bilməlidir
Aztəminatlı ailə sosial yardım almaq üçün təkrar müraciət etmək hüququna malikdir

Aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı ilə təminatı 2006-ci il yanvarın 1-dən qüvvəyə minmiş və iyulun 1-dən fəaliyyətə başlamış  “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən həyata keçirilir. Həmçinin sistemin tam fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 2 fevral tarixli 32 nömrəli Qərarı ilə “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” və “Ailənin orta aylıq gəlirinin hesablanması Qaydası” təsdiq edilmişdir.

Qanunun 1-ci maddəsinə əsasən ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslərdir; 

3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri (müraciətdən əvvəlki son 1 il ərzində) onlardan asılı olmayan səbəblərdən(ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər;

Qanunun 4-cü maddəsində təsbit edilmiş sosial yardımın 3 əsas prinsipindən biri bərabərlik prinsipidir, başqa sözlə, sosial yardım bütün aztəminatlı ailələrə təyin edilir. Sosial yardımın təyin olunması zamanı ailə tərkibində heç bir milli və etnik mənsubiyyətindən, irqindən, dərisinin rəngindən, dini etiqadından, qaçqın və ya məcburi köçkün olmasından asılı olmayaraq Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan bütün şəxslər nəzərə alınır. 

6-cı maddəsinə əsasən sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən təyin olunur;

7-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır(məlumat üçün bildiririk ki, ailənin orta aylıq gəliri hesablanan zaman rəsmi və qeyri - rəsmi mənbələrdən ailəyə daxil olan pul və natura formasında bütün gəlirlər nəzərə alınır və 2011-ci il üçün ehtiyac meyarının həddi 75 manat məbləğində müəyyən edilmişdir); 8-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur və aztəminatlı ailə sosial yardım almaq üçün təkrar müraciət etmək hüququna malikdir;

9-cu maddəsinə əsasən tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, qocalar və əlillər üçün internat evlərində yaşayanlar), müddətli həqiqi hərbi xidmətdə olan şəxslər, cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər, axtarışda olan şəxslər, Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları və respublika ərazisində daimi yaşamayan əcnəbilər ailəyə sosial yardım təyin edilən zaman nəzərə alınmırlar. Ailənin istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən  reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olunmaqla), yaxud ailənin orta aylıq gəlirinin 50 faizindən çox məbləğdə aylıq kredit öhdəçiliyi olduqda, yaxud yardım üçün müraciətdən 1 il əvvəl ailə mənzil aldıqda və yaxud respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun (cari il üçün bu göstərici 95 manatdır) 10 mislindən çox məbləğdə təhsil haqqı ödədikdə və yaxud alqı – satqı etdikdə, həmçinin ailənin əmək qabiliyyətli, işləməyən üzvü Baş Məşğulluq İdarəsinin yerli orqanı tərəfindən təklif olunmuş 2 münasib işdən imtina etdikdə həmin ailəyə sosial yardımın təyin olunmasından imtina edilir. 

Sosial yardımın verilməsinə təsir edəcək hallar barədə zəruri məlumatlar verilmədikdə, yaxud ailə tərkibi və ailə üzvlərinin gəlirləri barədə düzgün və ya tam olmayan məlumatlar və sənədlər verildikdə Qanunun 10.2-ci maddəsinə əsasən həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir. Sosial yardımın alınması üçün ailəni təmsil edən şəxs yaşayış yeri üzrə rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzinə (bundan sonra ƏSMM) xüsusi ərizə forması (1 nömrəli əlavə), “Ailənin gəlir və əmlakı haqqında bəyannamə” (2 nömrəli əlavə) və Aztəminatlı ailələrin yoxsulluq vəziyyətindən çıxarılması məqsədi ilə uyğun vasitələrin müəyyən edilməsi üçün sorğu anketi ilə müraciət edir.

Misal. Hüseynov Amin Şakir oğlunun ailəsi– özü, həyat yoldaşı və iki azyaşlı övladı daxil olmaqla 4 nəfərdən ibarətdir. Amin satıcı işləyir və son bir ildə orta aylıq əmək haqqı 180 manat olmuşdur. Övladları azyaşlı olduğuna görə (8 yaşdan aşağı) həyat yoldaşı işləmir. Beləliklə, ailə üçün hesablanmış ehtiyac meyarının məcmusu 4*75=300 manat, ailəyə düşən sosial yardımın məbləği isə 300-180=120 manat olacaqdır. Orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan yuxarı olduğuna görə “Ünvanlı dövlət sosial yardımı təyin edən Komissiya” tərəfindən sosial yardımın 

təyin olunmasından imtina edilmiş ailələr Komissiyanın müvafiq qərarı çıxardığı tarixdən sonrakı aydan sosial yardım üçün təkrar müraciət edə bilərlər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Azsığorta”dan oğurluq olub

25

May
13:39
HÜQUQ,HADİSƏ
220

Neftçala sakinindən 10 kq narkotik götürülüb

25

May
13:00
HÜQUQ,HADİSƏ
178

Biləsuvarda narkotacirlər tutuldu

25

May
12:40
HÜQUQ,HADİSƏ
201

Cahangir Hacıyev yenidən məhkəmə qarşısında

25

May
11:07
HÜQUQ,HADİSƏ
340

Faktiki hava şəraiti açıqlanıb

25

May
11:00
ÖLKƏ
302

Ay tutulmasının vaxtı məlum olub

25

May
10:19
ÖLKƏ
292

Neftin qiyməti bahalaşır

25

May
09:36
İQTİSADİYYAT
309

Atəşkəs 23 dəfə pozuldu

25

May
09:25
HƏRB
297
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2020 22:18





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru