Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Sentyabr

2013
09:34
2615
İsrail-Azərbaycan oyununda qondarma Qarabağ Respublikasının bayrağı qaldırılıb (FOTO)
Yəhudilər Azərbaycan yığması ilə oyuna görə cəzalandırılacaq

FaktXəbər-in verdiyi məlumata görə, DÇ-2014-ün seçmə mərhələsində keçirilən İstrail – Azərbaycan oyunu zamanı baş verənlərlə bağlı AFFA rəhbərliyi UEFA-nı məlumatlandırıb. Bu barədə məlumatı assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu verib.

O, bildirib ki, Ramat-Qan şəhərindəki eyniadlı stadionda keçirilən oyun zamanı qondarma “Dağlıq Qarabağ Respublika”sının bayrağı qaldırılmasına dərhal reaksiya verilib: "Bu barədə dərhal UEFA nümayəndə heyətini məlumatlandırdıq."

Nərimanoğlu onu da qeyd edib ki, oyunun komissarı bu xoşagəlməz hadisəni öz raportunda quruma təqdim edəcək. Onlar da öz növbəsində İsrail Futbol Assosiasiyasına müvafiq cəza tətbiq edəcək.

Qeyd edək ki, “Pyast” – “Qarabağ” oyunu zamanı da azarkeşlər Polşada eyni addımı atmış və bu səbəbdən UEFA tərəfindən cəzalandırılmışdı.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Nazirlik parklara müdir axtarır

24

May
10:40
ÖLKƏ
32

Azərbaycan nefti 4%-dən çox ucuzlaşıb

24

May
09:37
İQTİSADİYYAT
1050
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 10:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru