Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Sentyabr

2013
15:05
1613
Hikmət Hacızadə: `Ermənistan Rusiyadan uzaqlaşaraq Avropaya tərəf meyllənsəydi, Qarabağın qaytarılması ilə bağlı nəyəsə ümid etmək olardı.”

“Azərbaycanın Rusiyanın müəlliflik etdiyi Gömrük İttifaqına üzv olması sərfəli deyil. Ermənistan isə Qarabağı Rusiyanın vasitəsi ilə alıb və ona görə Rəsmi Moskvanın qanadına sığınmaqda davam edir. Ermənistan Rusiyadan uzaqlaşaraq Avropaya tərəf meyllənsəydi, Qarabağın qaytarılması ilə bağlı nəyəsə ümid etmək olardı.”  

 

Bu sözləri politoloq Hikmət Hacızadə FaktXeber.com-un “Qarabağ torpaqlarının işğal edildiyini nəzərə alsaq Ermənistanın Gömrük İttifaqına üzv olması ilə Azərbaycan nəyi itirmiş oldu ”,- sualını cavablandırarkən bildirib. Müsahib qeyd etdi ki, hazırda Qarabağ münaqişəsi ilə bağlı perspektivsizlik mövcuddur: “Rusiya tərəfi Qarabağda sülh istəmir. Azərbaycan Gömrük İttifaqına üzv olsaydı belə rusla Qarabağı bizə verməyəcəkdilər. Azərbaycan rəhbərliyi Gömrük İttifaqına üzv olmaq müqabilində Qarabağın qaytarılması məsələsini təklif kimi irəli sürmüşdülər. Lakin ruslar yox cavabı verdilər. Amma həm Azərbaycan, həm də ki, Ermənistan ittifaqa üzv olmaqdan imtina etsəydilər, bəlkə nəyəsə ümid etmək mümkün idi.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Nazirlik parklara müdir axtarır

24

May
10:40
ÖLKƏ
32

Azərbaycan nefti 4%-dən çox ucuzlaşıb

24

May
09:37
İQTİSADİYYAT
1050
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 10:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru