Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Sentyabr

2013
15:07
`Sony` şirkəti `Xperia Z1` smartfonunu təqdim edib

"Sony" şirkəti "Xperia Z1" smartfonunun yeni modelini təqdim edib. Aparat toz və suyun təsirindən yüksək səviyyədə qorunması ilə fərqlənir.

Sony Xperia Z1" smartfonu "X-Reality" təsvir emalı alqoritminə malik 5 düymlük "Triluminos" ekranı ilə təchiz edilib. Ekranın təsvir ölçüsü 1920x1080 nöqtə təşkil edir. Qurğu 2.2 QHs takt tezlikli dördnüvəli  "Qualcomm Snapdragon 800 MSM8974" prosessoru və "Adreno 330" qrafik nüvəsi ilə  təchiz edilib. Əməli yaddaşın həcmi 2 QB, fləş-yaddaşın həcmi 16 QB təşkil edir. Daxili yaddaşın həcmini "microSD" formatlı yaddaş kartlarının köməkliyi ilə artırmaq olar.
Yapon şirkəti iddia edir ki, "Xperia Z1" smartfonunda bazarda ən yaxşı kamera quraşdırılıb.

Aparatın ön panelində quraşdırılmış 2,2 meqapiksel təsvir ölçülü kamera "Full HD" formatında video çəkə bilir.
Akkumulyatorın tutumu 3000 milliamper/saata malikdir. Qurğunun  ölçüləri 144x74x8,5 mm, çəkisi 170 qr təşkil edir. Aparata "Android 4.2 Jelly Bean" əməliyyat sistemi quraşdırılıb./
ictnews

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xarici valyutaların manata qarşı məzənnələri

31

May
09:42
İQTİSADİYYAT
205
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 11:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru