Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Sentyabr

2013
10:09
İtaliya Fələstinə 80 milyon dollarlıq yardım paketi ayırıb

FaktXəbər-in verdiyi məlumata görə, İtaliya hökuməti müxtəlif inkişaf proqramlarında istifadə edilməsi üçün Fələstin muxtariyyatına 80 milyon dollarlıq yardım paketi ayırıb. Bu barədə ictimaiyyətə Fələstinin Maliyyə Nazirliyi məlumat verib. Məlumata görə, qarşıdakı 3 il ərzində ödənməsi planlaşdırılan yardım paketi Fələstinin maliyyə naziri Şükrü Bişərə və Ramallahda səfərdə olan İtaliya XİN rəhbərinin müavini Lapo Pistelli arasında görüş zamanı razılaşdırılıb.

Qeyd edək ki, Fələstin hökumətinə edilən yardıma görə rəsmi Romaya təşəkkür edən Şükrü Bişərə, ayrılan maliyyənin müqavilədə göstərilən sahələrə sərf olunacağını söyləyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlandı

31

May
14:00
ÖLKƏ
156

Qusarda hasar uşaqların üstünə aşıb

31

May
11:51
HÜQUQ,HADİSƏ
522

Xarici valyutaların manata qarşı məzənnələri

31

May
09:42
İQTİSADİYYAT
267
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 14:55





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru