Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Sentyabr

2013
09:29
Təhsilimizdə “Hüseynzadə erası” bitdimi?!
Ekspert Nadir İsrafilov: “Mən buna “Bayram Hüseynzadə” məsələsinin yarımçıq həlli kimi baxıram”

Təhsil Nazirliyində struktur dəyişikliyi aparılıb. Nazirlikdən verilən xəbərə görə,  Mikayıl Cabbarovun müvafiq əmrinə əsasən, ümumi şöbə ilə ictimaiyyətlə əlaqələr şöbəsi birləşdirilərək informasiya şöbəsi yaradılıb. Əldə etdiyimiz digər məlumata görə isə yeni şöbəyə Bayram Hüseynzadə rəhbərlik etməyəcək. Məsələyə tanınmış təhsil eksperti Nadir İsrafilovun münasibətini öyrəndik. O bunları dedi: “Mən buna “Bayram Hüseynzadə” məsələsinin yarımçıq həlli kimi baxıram. Məsələ öz məntiqi sonluğuna o vaxt çata bilər ki, bu adam tamamilə təhsil sistemindən uzaqlaşdırılsın. Axı onun baqqal təfəkkürü ilə idarə etdiyi başqa bir vəzifəsi də var: “Azərbaycan müəllimi” qəzetinin baş redaktorluğu. O, fəaliyyəti dövründə böyük tarixi ənənələri olan bu qəzetdən yaxşı məqsədlər üçün yox, tənqidi fikir söyləyənlərə qarşı “zopa” kimi istifadə etdi. Şəxsən mən hesab edirdim ki, Misir Mərdanovun ən yaxın adamı kimi, Bayram Hüseynzadə tərəddüdsüz-filansız istefa verib gedəcək. Amma görürsünüzmü o necə dirəşib getmək istəmir.

Hüseynzadə aparatda çalışarkən Təhsil Nazirliyini çox hörmətdən saldı, ictimaiyyətlə, eləcə də mətbuatla qurum arasında körpü yaratmaq əvəzinə, bu körpüləri tamam yandırdı. Ona görə də onun “Azərbaycan müəllimi” qəzetində baş redaktor kimi saxlanılması, nəinki təhsilimizə, eləcə də jurnalistikaya qarşı həqarətdir. Bu adam son zamanlaradək qəzeti sanki “şəxsi mülkiyyəti” kimi işlədirdi, daha doğrusu, onun vasitəsi ilə ağlagəlməz işlər görürdü. Səhifələrin yarıdan çoxusunu təhsilimizin dərd-sərinə uyğun gəlməyən tərcümə yazılar - dünyanın ayrı-ayrı ali məktəbləri və Nobel mükafatı laureatları haqqında materiallar əhatə edirdi, bütün nömrələrin sonuncu səhifəsinin yarıdan çoxunda “Xalq kompüteri”nin reklamı gedirdi. Soruşan da yox idi ki, balam, bu reklamı təkrar-təkrar verməkdə məqsədin nədir? Buna görə sənin hesabına pul köçürülürmü? Köçürülürsə, bu pullar hara gedir?

Bu gün 10000-ə yaxın tirajı olan “Azərbaycan müəllimi” köşklərdə tapılmır, onu yalnız və yalnız abunə yolu ilə əldə etmək olar. Digər qəzetlərin satış qiyməti 40 qəpikdən artıq olmadığı halda, “Azərbaycan müəllimi” 1 manatadır. Görəsən, Hüseynzadə bu qiyməti nəyə əsasən “müəyyənləşdirib”?! Müəllim nə qədər maaş alır ki, sən ona qəzeti 1 manata satırsan? Yəqin ki, bunlardan başqa nazirlik “dotasıya” kimi qəzetin hesabına əlavə vəsait də köçürür. Mənə elə gəlir ki, hər şeydən əvvəl, bunların hamısının hesabı Bayram Hüseynzadədən sorulmalı və sonra onun üzərində ölçü götürülməlidir”…

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"ASAN xidmət" işləməyəcək

04

İyun
16:21
ÖLKƏ
231

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

04

İyun
15:46
ELM / TƏHSİL
265

Lukaşenko yeni hökuməti təsdiqlədi

04

İyun
14:38
DÜNYA
212

Polis suda boğulan azyaşlını xilas etdi

04

İyun
13:41
HÜQUQ,HADİSƏ
256

Sabah Bakıda 29 dərəcə isti olacaq

04

İyun
13:34
ÖLKƏ
206

Sabahdan iş saatının vaxtı dəyişir

04

İyun
13:09
ÖLKƏ
526
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-06-2020 00:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru