Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Sentyabr

2013
16:44
1252
Qazi Qarabağ azanı Sabirabadda səsləndi

FaktXəbər-in məlumatına görə, bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Qarabağa doğru-Haqqın və Haqqımızın səsi ilə” adlı layihəsinə dəstək məqsədilə növbəti görüşünü Sabirabad rayonunda keçirib. İctimai Birlidən verilən məlumata görə, tədbirdə “Yeni Üfüq” İctimai Birliyinin sədri Sevinc Əzimbəyli çıxış edərək, birlik olaraq “Qarabağa doğru-Haqqın və Haqqımızın səsi ilə” adlı layihəyə öz təşəbbüsləri ilə dəstək verdiklərini bildirib. O, Qazi Qarabağ azanını ölkədə milli vətənpərvərlik ruhunun dirçəlməsi yolunda mənəviyyat adamlarının yeni nəfəsi olaraq qiymətləndirib. Sevinc Əzimbəyli bütün Sabirabad rayon sakinlərini bu azanın təbliğində aktiv olmağa çağırıb.

Rayon dindarlarının adından Hacı Əlisəfa Əhədov, ziyalı Səidə Hüseynova çıxış edərək, Qazi Qarabağ azanına bütün sabirabadlıların dəstək verəcəklərini bildiriblər. Digər çıxış edən rayon ziyalıları isə “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinə belə müqəddəs missiyaya xidmət etdiklərinə görə öz dərin təşəkkürlərini çatdırıblar. Qazi Qarabağ azanın səslənməsi zamanı kövrək duyğular yaşanıb.

Tədbirdə Sabirabad rayon ziyalıları, nüfuzlu din adamları və gənclər iştirak edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Mərkəzi Bank "Mastercard"la memorandum imzalayıb

23

May
18:12
İQTİSADİYYAT
104

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
131
Şərhlər
İlkin Kərimov tərəfindən 04-09-2013 20:58:54 tarixində yazıldı
Qazi qarabağ Azanı
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin başlatmış olduğu "Qarabağa doğru-Haqqın və haqqımızın səsi ilə" adlı layihəni mükəmməl bir şəkildə ölkənin rayonlarında tədbirlərini keçirdən "Yeni Üfüq" adlı təşkilata sonsuz təşəkkürlərimi çatdırıram. Və bu təşkilatın gələcək fəaliyyətlərində uğurlar arzulayıram
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 09:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru