Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Sentyabr

2013
13:18
MSK üzvü Məzahir Pənahova irad bildirdi

Ümid Partiyasından FaktXəbər-ə verilən məlumata görə, dünən Mərkəzi Seçki Komissiyası  iclasında Ümid Partiyasının sədri İqbal Ağazadənin prezidentliyə namizədliyi qeydə alınıb. İqbal Ağazadənin  təqdim etdiyi imza vərəqələri yoxlanılıb və onun namizədliyinin qeydə alınması üçün hüquqi əsasların olması müəyyən edilib.

İqbal Ağazadənin namizədliyinin təsdiqi və qeydə alınması  son dəqiqələrə qədər yubadılıb.  İclasda MSK üzvü Akif Qurbanov MSK-nın namizədlərin qeydiyyata alınmasında və təsdiqində fərqli mövqe nümayiş etdirməsinə ciddi reaksiya verərək,  MSK sədri Məzahir Pənahova  irad bildirib və Akif Qurbanovla Məzahir Pənahov arasında  mübahisə yaranıb.

“Nədənsə namizədlərin həm təsdiq məsələsində, həmdə qeydiyyat məsələsində fərqli yanaşmalar göstərilir. Müxalifətdən olan namizədin qeydiyyat və təsdiqi son dəqiqələrə qədər yubadılır. Hakim partiyanın namizədinin qeydə alınmasında və təsdiqində operativlik göstərilir, digər namizədlərdə isə bu operativlik göstərilmir. Heç olmasa bundan sonra bu cür yanaşma növbəti namizədlərə şamil edilməsin və onların qeydiyyata alınmasını tez  yekunlaşdıra bilək”

A. Qurbanov əlavə olaraq qeyd edib ki, niyə YAP-ın namizədinin qeydiyyatına tez baxırsınız amma, Ümidin namizədini sonuncu dəqiqələrdə qeydə alırsınız.  Niyə YAP-ın namizədi qeydə alınanda “ ənənəyə uyğun ” ayağa durub xüsusi qeyd edir, saatın  dəqiqələrini belə göstərirsiniz, uğurlar arzulayırsınız , amma müxalifətin namizədi İqbal Ağazadə qeydə alınanda ayri seçkilik edirsiniz?  ”- A. Qurbanov deyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
369

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
702
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-05-2020 19:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru