Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Sentyabr

2013
13:15
871
BMT-nin Qarabağ, İraq, Suriya qətnaməsi və ABŞ özbaşınalığı
Zərdüşt Əlizadə: “BMT-nin qərarlarına məhəl qoyulmaması beynəlxalq hüququn dünya miqyasında tədricən aşınması deməkdir”

2003-cü ildə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan ABŞ hökuməti İraqda nüvə silahı olduğunu bəhanə edərək hərbi əməliyyatlara başladı. Hərbi əməliyyatlar və baş verən terror hadisələri nəticəsində bu günə qədər 2 milyona yaxın dinc əhali öldürülüb. Lakin hərbi əməliyyatlardan bir neçə müddət sonra məlum oldu ki, ABŞ kəşfiyyatı İraqda nüvə silahının olması ilə bağlı əldə etdiyi məlumatlar səhv imiş. İşğalçı ABŞ-ın növbəti hədəfi Suriyadır. Belə ki, İraqda nüvə silahı tapa bilməyən rəsmi Vaşinqton, indi də qanuni Bəşər Əsəd hökumətinin dinc əhaliyə qarşı kimyəvi silahlardan istifadə etdiyini bəhanə gətirmək və hərbi əməliyyatlara başlamaq istəyir. Bu dəfə də BMT Təhlükəsizlik Şurası hərbi müdaxilənin əleyhinə dair qərar verib. Lakin ABŞ prezidenti Barak Obama BMT TŞ-sının icazə vermədiyi halda belə, Suriya müdaxilə edəcəklərini söyləyib. Maraqlıdır ki, BMT-nin verdiyi qərarlara məhəl qoyulmadığı halda bəs bu qurum niyə fəaliyyət göstərir? Belə bir vəziyyətdə BMT-nin mövcudluğuna ehtiyac vardırmı? Onsuz da böyük güclər öz istədiklərini həyata keçirirlər. Onu da xatırladaq ki, işğal edilmiş Azərbaycan torpaqlarının boşladılması ilə bağlı BMT tərəfindən verilən 4 qətnaməyə 20 ildən çoxdur ki, böyük güclərin maraqlarına görə əməl edilmir.

FaktXeber.com-un sualları ilə bağlı açıqlama verən politoloq Zərdüşt Əlizadə bildirdi ki, BMT-nin qərarlarına məhəl qoyulmaması beynəlxalq hüququn dünya miqyasında tədricən aşınması deməkdir. Bəzi hallarda verilən qərarlarda digər dövlətlərin maraqlarının nəzər alındığını bildirən ekspert, “ona görə də BMT-nin mövcud olması hələ ki, lazımdır”, - deyə qeyd etdi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Monitorinq olacaq

22

May
11:11
HƏRB
34

Neft yenidən ucuzlaşıb

22

May
09:21
İQTİSADİYYAT
80
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 11:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru